Binəqədi sakinini döyüb, evini sökdülər (ŞOK VİDEO)

8-11-2015, 11:28   
Binəqədi sakinini döyüb, evini sökdülər (ŞOK VİDEO)

7 Noyabrda Binəqədi rayonu 7-ci mikrarayon 31/26-ci məhəllədə Gülzadə Əhmədovaya məxsus ev polis gücü ilə dağıdılıb. Buna səbəb kimi evin qanunsuz tikilməsi göstərilib. Lakin evin sahibləri deyir ki, ev tikilən zaman heç kim onlara problem yaratmayıb. Yalnız ev tikilib qurtardıqdan sonra ailədən 5 min manat tələb edilib.

Kameraya danışmaq istəməyən Gülzadə xanım bildirib ki, birinci dəfə evi sökmək istəyəndə qonşular imkan verməyib. Növbəti dəfə evdə heç kimin olmadığını fürsət bilib evimizə gəliblər. Anamın əlini qolunu bağlayıb söküntünü həyata keçiriblər. Mən gələndə Samir, Orxan və Rafayel adlı 3 nəfər məni döyməyə başladı deyə Gülzadə Əhmədova bildirib.

Ərazidə isə qanunsuz tikililər çoxdu. Sadəcə 5 min manatı ödəmədiyi üçün bu ailənin evi sökülüb. Gülzadə xanıma deyiblər ki, əgər Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov məsələyə qarışsa verməli olduğunuz məbləğ 10 minə qalxacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar