"Əgər Hacı Teleh həbs olunarsa ölkədə qan su yerinə axacaq"
Avropa.info xəbər verir ki, bu təhdidi özünü "Müsəlman birliyi hərəkatı" adlı dövlət qeydiyyatından keçməmiş təşkilatın sədri Taleh Bağırazədənin tərəfdarları sosial şəbəkələrdə yayıblar.
Araşdırmamız nəticəsində bəlli olub ki, ilkin olaraq "Ya Sahib Zaman Heyəti" adlanan facebook profili ilə yayılan bu təhdid mesajını daha sonra Taleh Bağırzadənin tərəfdarları geniş şəkildə paylaşıblar.
Qeyd edək ki, noyabrın 5-də "Müsəlman birliyi hərəkatı"nın sədr müavini Elçin Qasımlı polis tərəfindən saxlanılıb. Bundan sonra təşkilatın üzvləri Sabunçu rayon polis idarəsinin binasını əhatəyə alıblar. Polislə toqquşmadan sonra iğtişaş cəhdinin qarşısı alınıb.