Kəlbəcər rayon sakini Gəncə şəhəri yeni yaşayış massivi bina 12 mənzil 29 -da yaşayan Məmmədov İlham Yadigar oğlu.
“Hörmətli Redaksiya, Kəlbəcər Rayon Prokurorunun qanunazidd hərəkətləri barədə sizə ünvanladığım müraciətimi saytınızda yayımlamağınızı sizdən xahiş edirəm.
Ölkədə hər bir şəxsin Konstitusion hüquqlarını və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Həyata keçirdiyi Dövlət siyahsətinə uyğun olaraq ,vətəndaşların müraciətlərinə baxılması və qəbulu daim ciddi nəzarətdə saxlanılıb,xüsusi həsaslıq və ardıcılıqla yerinə yetirilməlidir barədə verdiyi gösdərişlər belə görünür ki ,Kəlbəcər rayon Prokuroru Ariz Əliyevə təsir etmir.
Kəlbəcər Prokuroru Ariz Əliyev bilərəkdən Cinayətin Motivin dəyişərək CM-in 296-cı maddəsi ilə cinayət işi başlamaq əvəzinə Cinayət işinin başlanmasının rədd edilməsi barədə heç bir rəsmi faktlara və sübutlara istinad etmədən qondarma qərar qəbul etdi .
Hətda Ariz Əliyev öz əlaltıları vasitəsi ilə Kəlbəcər rayon ziyalıları haqqındada təxribat yönümlü heç bir əsası olmayan şər böhtanla dolu şikayət ərizələri yazdırmaqda maraqlı olan bir şəxsdir.
Görəsən Ariz Əliyev öz vəzifəsini icra etmək əvəzinə biz Kəlbəcərlilərlə düşmənçilik etməkdə məqsədi nədir ?
Mən dəfələrlə Ariz Əliyevdən Baş Prokurora şikayət etmişəm və mənim Ağır və ya xüsusi ilə ağır cinayətdə itdiham olunmağımla bağlı toplanmış materialların Kəlbəcərdən alınaraq Baş Prokurorluqda istintaq edilməsini xahiş etmişdim .Amma qaldırdığım vəsatətlər və etdiyim müraciətlər nəticəsiz qaldı.
Prokurordan yuxarı insitansiyalara şikayət etdiyimə görə Kəlbəcər rayon Prokuroru və Rəisi məni dinləməkdən ,şikayətlərimi araşdırmaqdan, qaldırdığım vəsatətləri yoxlamaqdan imtina edir və az qala elə mənim özümü cinayətkar gözündə görür .
Mən Ölkə Başçısı Cənab Prezidentdən xahiş edirəm ki ,mənim konstitsion hüquqlarımı pozan məmurlar haqqında ciddi tədbirlər görülməsi barədə öz gösdərişlərini versin.
Ariz Əliyevin xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə Prokurorluq orqanlarında işləməsi qanunlarımızla daban-dabana ziddiyət təşkil edir.
Aşağıdaki qeyd edəcəyim faktlara qanuni qiymət verilsə qeyd etdiyim məmurların həqiqətəndə harınlanmış məmur olduqları öz təsdiqini tapacaqdır.
Hazırda ibtidai araşdırmaya prosessual rəhəbrliyi həyata keçirən Kəlbəcər rayon prokuroru Ariz Əliyev və Kəlbəcər rayon Polis Şöbəsinin müstəntiqi Əyyub Ələsgərov cütlüyü özlərinə xas üsullardan isdifadə edərək yeni istintaq hərəkətlərinin aparılması üçün anlaşılmaz metodlar kəşf ediblər. Belə ki, prokuror və müstəntiq tərəfindən zərərçəkmiş şəxsə birbaşa təzyiqlər edilərək özlərinin maraqları naminə təqsirləndirilən şəxsin xeyrinə ifadə alırlar. Bu barədə təqsirləndirilən şəxsin valideynlərinin prokuror və müstəntiqlə zərərçəkmiş şəxsə qarşı edilmiş təzyiqləri sübut edən səs yazıları məndə var. Konsitutsiyanın 32- ci maddəsinin 5-ci bəndinə, eləcə də CPM-nin 125.1.-ci maddəsinə əsasən məndə olan səs yazılarına görə mən məsuliyyət daşımıram. Prokuror və müstəntiq bilməlidilər ki, apardıqları istintaqda, qanun normasının hərfi mənasına görə yox, faktiki vəziyyətinə uyğun yanaşmalı, çıxarılacaq qərar qanuni olmaqla bərabər, həm də ədalətli olmalıdır. Prosessual rəhbərliyi həyata keçirən prokuror və müstəntiq bilməlidir ki apardıqları istintaq, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir.
Öncəki müracətlərimdə mən bildirmişdim ki , Kəlbəcər rayon Prokuroru qanunazidd hərəkət edərək öz maraqları naminə öz əlaltıları ilə məni ağır və ya xüsusi ilə ağır cinayətlərdə ittiham etdirməklə məni ölümlə hədələtdirir. Yuxarıda qeyd etdiyim faktlar birbaşa sübut edir ki, həqiqətən Kəlbəcər rayon prokuroru Ariz Əliyev prosessual hərəkətləri pozaraq öz maraqları naminə işləyir
Ağakərimova Aynur, Emiliya İslam qızlarına qeyri - qanuni olaraq məcburi köçkün vəsiqəsinin verilməsi, eləcə də saxta diplomla işləmələri barədə dəfələrlə rəsmi sənədlərlə Kəlbəcər rayon prokuroruna müraciət etsəm də nədənsə Ariz Əliyev belə bir faktın üzə çıxarılmasında maraqlı olmayıb...
Belə ki , 2013-cü ilin sentyabr ayının 25-nə olan dövrə qədər mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydaların 4.1.6 -2.4.6 – cı maddəsinin tələblərinə əsasən valideynlərindən hər ikisi məcburi köçkün statsuna malik olan ailələrin övladlarına məcburi köçkün statsunu təsdiq edən vəsiqəsi verilməli olduğu gösdərilsə də bu hallar nəzərə alınmadan qeyd etdiyim bacılara qanunsuz olaraq məcburi köçkün vəsiqəsi verilib.
Hətta 2013-cü ilin sentyabr ayında sözügedən qanunvericiliyə dəyişiklik olunsa belə həmin qaydaların 4.1.6-cı maddəsinin tələblərinə əsasən valideynlərindən atası məcburi köçkün statsuna malik olan hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər ) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir.
Ancaq qeyd etdiyim faktlara baxmayaraq Kəlbəcər rayon prokuroru istintaqı birtərəfli, yarımçıq və qərəzli apararaq qanunsuz qərar qəbul etdi.
Sonradan mən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib prokurorun araşdırmaq isdəmədiyi bacıların hətta saxta diplom alması faktının aşkara çıxarılmasına nail oldum. Rəsmi arayışın nömrəsi baş idarənin o vaxtkı rəisi general Mirqafar Seyidovun imzası ilə (23.04.2014-) cü il nömrəli 007-10681/3M -3214 arayışı, 04.11.2014 –cü il Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsinin rəisi, baş ədiliyyə müşaviri Əli Quluyevin rəsmi arayışı birbaşa sübut edir ki, həqiqətən Kəlbəcər rayon prokuroru "Qaçqınkom"un yerli şöbələri və digər idarə - təşkilatlarla əlbir olaraq belə bir cinayəti ört - basdır edib.
İşin içində olan "Qaçqınkom"un 05.09.2013-cü il 01/5600 nömrəli, 16.12.2014-cü il 01/7248 nömrəli rəsmi arayışları birbaşa sübut edir ki, həqiqətən qeyd etdiyim bacıların məcburi köçkün vəsiqəsi alması qanuna ziddir. Belə olan halda görəsən Kəlbəcər rayon prokuroru Ariz Əliyev sözügedən vəsiqələrin ləğv edilməsi barədə məsələ qaldırılmasına baxmayaraq nə üçün ədalətli istintaq aparmayıb?
Yuxarıda qeyd etdiyim faktlar sübut edir ki, mən şikayətimdə haqlı olmuşam, ancaq Kəlbəcər rayon prokuroru öz mülahizələri üzərində dayanaraq rəsmi faktları nəzərə almadan qanunsuz qərarlar qəbul edib.
Prokurorun belə hərəkətləri barədə ölkə başçısına, baş prokurora mətbuat vasitəsi ilə də müraciət edirəm ki, belə qanunsuzluğun qarşısı alınsın.
İlham Məmmədov, Kəlbəcərdən məcburi köçkün