Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, 40-cı polis bölməsinin yaxınlığında yeni doğulmuş körpə tapılıb.
“Report”un xəbərinə görə, təqribən 5-6 günlük oğlan uşağı polislər tərəfindən aşkarlanıb.
Uşaq körpələr evinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.