Azərbaycan Respublikasının Təhsil Naziri Miyaıl Cabbarov cənablarına Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məktəbin müəllimi Hüseynova Süsən Rüstəm qızından
AÇIQ MƏKTUB
Hörmətli Cənab Nazir ,
Mən Hüseynova Süsən Rüstəm qızı 1965-ci ildə Naxçıvan MR -da ziyalı ailəsində doğulmuşam.Hərbiçi ailəsiyəm. Cəlilabad ray, Göytəpə ş. 1 saylı tam orta məktəbdə 8 ildir müəllimə işləyirəm. Məktəbimizə direktor Reyhan Cəfərova təyin edildikdən sonra təhsil ocağı sözun əsl mənasında bazara çevrilib. Çoxsaylı şikayətlərin olmasına baxmayaraq rayon rəhbərliyinin himayəsində olan direktor qanunsuzluqlarina davam etməkdədir. Hətta bu yaxınlarda məktəbimizdə səthi yoxlama aparan Maliyyə işçiləri 300 000 manatlıq yeyinti fakti aşkarlamışdılar. Maliyyə işçiləri ilə 30 000 manata razılaşan Reyhan Cəfərova bu yükü müəllimlərin üzərinə atıb hər ay onlardan 50 manat pul alacağını söyləyib.Artiq bir neçə müəllim direktor tərəfindən məcbur edilib ki , Beynəlxalq Bankda kredit götürüb direktora versin. Heç kimə sirr deyil ki , Cəlilabad rayon təhsilində maliyyə pozğuntusunu edən şəxslər keçmiş RTŞ müdiri Vidadi Dövlətov və baş mühasb vəzifəsini qeyri-rəsmi icra edən Rəşad Salmanovdur. İndi bunlarin ödəməli olduqlari pulu müəllimlərin ayağına yazırlar. Halbuki bu yeyintilər barədə qəzet və saytlarda açıq məktublarla Təhsil Nazirliyinə müraciət olunmuşdu. Hörmətli Cənab Nazir , Cənab prezidentimiz möhtərəm lham Əliyev işində yol verdiyi qüsura görə dövlətin Mİlli Təhlükəsizlik nazirinə belə güzəşt etmədiyi halda , niyə rayonlarda adi məktəb direktorlarını işdən uzaqlaşdıra bilmirsiniz? Nə vaxta qədər şikayətləri bir- iki yaltaq müəllimin ərizəsi ilə bağlayacaqlar?
Cəlilabad rayonunda maliyyə pozğuntularina görə müəllimlər sentyabrdan bu yana hələdə maaş ala bilmirlər, axı bizimdə ailəmiz var. Dükanlardan nisiyə mal almaqdan yorulmuşuq.
Buradan müraciət edərək sizdən xahiş edirəm ki , bizim problemlərimizə ögey münasibət bəsləmədən baxın , bizim nazirimiz olun. Şikayətləri prosedur qaydalarina uyğun bağlatdıranlara yol verməyin . Bizim sizə müraciətimiz çox da asan başa gəlmir . Buna görə təhdid olunuruq. İnaniriq ki, bu dəfə heç olmasa bizim yanımızda olacaqsınız .
Hörmətlə , Süsən Hüseynova
AZE № 15984778 Əlaqə tel:051 467 49 11