Kəmaləddin Heydərov “Gilanı” xarici vətəndaşın adına keçirtdi

12-11-2015, 11:19   
Kəmaləddin Heydərov “Gilanı” xarici vətəndaşın adına keçirtdi


Fövqəlnazirin bu addımı hansı səbəbdən atdığı qaranlıq qalır.
Azərbaycanda və ölkədən kənarda yüzlərlə şirkət və müəssisəni özündə birləşdirən Gilan Holding maliyyə-sənaye qrupu oktyabrın 26-da Bakıda yeni ticarət-distribütor şirkəti olan “Gilan FMCG Trade and Distribution”i yaradıb.

Contact.com Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 100 manat həcmində müəyyən edilib. Şirkətin direktoru vəzifəsində Tural Əlizadə təyin edilib. Gilan-a məxsus idxal-ixrac əməliyyatları və istehlak mallarının satışı ilə məşğul olan bir neçə ticarət və distribütor şirkəti var. Bu şirkətlərin dövriyyəsi açıqlanmır, çünki holdinq maliyyə hesabatını dərc etmir.

“Azadlıq”a daxil olan məlumatda isə bildirilir ki, bir neçə həftə əvvəl “Gilan Holding”də toplantı olub. Toplantının nəticəsi olaraq şirkətin hüquq sahibi dəyişib. Şirkət əcnəbi vətəndaşlardan birinin adına keçirilib.

Məlumat üçün deyək ki, “Gilan Holding” qrupu fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsusdur.

MediaXeber.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar