Beytulla Hüseynovun biznes ortağı təşviş içində

13-11-2015, 10:16   
Beytulla Hüseynovun biznes ortağı təşviş içində
Mirbaba Babayevin Dubaydakı obyektlərinin siyahısı tutlub

MTN kabusu Əli Abbasovu da yerindən oynatdı. Siyasi dairələrdə yayılan söz-söhbət və verilən proqnozlar özünü doğruldur. Əslində telefon danışıqlarının dinlənilməsi məsələsinin birbaşa keçmiş nazirin razılığı və iştirakı ilə reallaşması gün kimi aydın olsa da, hakimiyyət vəziyyətin artıq dərəcədə gərginləşməməsi üçün Əli Abbasovu və onun cinayətkar qrupunu yavaş-yavaş neytrallaşdırmaq qərarında olduğunu nümayiş etdirir.

Əvvəlcə BTRİB-in rəisi Beytulla Hüseynov, sonra isə nazirliyin aparat rəhbəri Vidadi Zeynalov vuruldular. Təbii ki, Əli Abbasovun şəxsən bu əməkdaşlarının arxasında dayanması siyasi səbatsız poçt kuryerinə belə məlum idi. Hamı təəcüb içində prezident İlham Əliyevin Əli Abbasovla bağlı qərarını gözləməkdə idi və nəhayətdə düzgün qərar verildi - Abbasov vəzifəsindən uzaqlaşdırıldı.

Necə deyərlər, “ilanın başı əzildi”. Lakin hələ “zəhərli quyruq bulanmaqda davam edir”. Nazirliyə yaxın mənbədən aldığımız məlumata görə, artıq rabitə sahəsində vəzifə tutanların dosyeləri tam şəkildə incələnir və bir neçə şəxsin biznes fəaliyyəti yoxlanılır. Hələlik kölgədə qalmış təəsüratı bağışlayan bəzi məmurların qanunsuz gəlirləri istintaq orqanlarının diqqət mərkəzindədir.

Bütün bunlar Yasamal Telekommunikasiya Qovşağının rəisi Mirbaba Babayevi və onun yaxın dairəsini rahatsız edib. İlk baxışdan Babayevin vəzifəsi o qədər də əhəmiyyətli görünməsə də, əldə etdiyimiz məlumatlara görə, əslində Beytulla Hüseynovun əsas yardımçıları məhz Mirbaba Babayev və Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov olmuşlar.

Mənbə bildirir ki, Babayev Beytulla Hüseynovun Dubaydakı biznes obyektlərinə nəzarət edirdi, Akif Əsgərov isə Antalya və Ukraynadakı otelləri idar edirdi. Verilən məlumatlarda o da bildirilir ki, hər iki şəxs barəsində yaxın günlərdə ölçü götürüləcək və onların həbs olunacağı şübhə döğurmur. (Mövzuya bir qədər sonra yenidən qayıdacağıq).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar