Sumqayıt sakininin tanışı ilə mübahisəsi onun boğazının kəsilməsi ilə nəticələnib.
Hadisə Nərimanov rayonunda baş verib. Sumqayıt şəhər sakini İlqar Novruzov boğaz nahiyəsinin kəsilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Araşdırma zamanı məlum olub ki, İlqar Novruzov Nərimanov rayonu, Gənclik metrosu yaxınlığındakı yaşayış binalarının birində xəsarət alıb. Region TV-nin məlumatına görə, İlqar Novruzova mənzildə boğazından xəsarət yetirən yeni tanış olduğu şəxs olub. O, İlqarı bıçaqlayandan sonra hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. axar.az