Moskvada partlayış təhlükəsi: 900 nəfər evakuasiya olundu

15-11-2015, 01:27   
Moskvada partlayış təhlükəsi: 900 nəfər evakuasiya olundu
Noyabrın 14-də axşam saatlarında Moskvanın “Kosmos” otelindən 900 nəfərdən çox adam evakuasiya olunub.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, buna otelə partlayıcı qurğu yerləşdirilməsi barədəki xəbər səbəb olub. Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr verib.

“Telefonla otelin minalanması xəbəri veriləndən sonra təcili təxliyə başladı. Artıq 900 nəfər köçürülüb, hazırda binada kinoloqlar tərəfindən axtarış aparılır” - deyə mənbə bildirib.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar