"Ölkədə nələrin baş verdiyi qaranlıq bir sirr kimi xalqdan gizlədilir"

15-11-2015, 12:03   

"Bu sadəcə olaraq saraydaxili çəkişmələrdir"


"Bu gün Azərbaycan şaiyyələrlə yaşayır. Ölkədə nələrin baş verdiyi qaranlıq bir sirr kimi xalqdan gizlədilir. Arada hansı isə korrupsioner bir naziri və ya məmuru işdən azad etməklə cəmiyyətin əsəb gərginliyinə su çiləməyə çalışırlar."

Bunu Moderator.az -a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov son günlər ölkədə baş verən kadr dəyişikliklərinə münasibət bildirərkən deyib.

Onun fikrincə, bu əməllərin islahatla heç bir əlaqəsi yoxdur:

"Ölkədə baş verənlər heç bir məntiqi təfəkkürə sığmır" kəlməsini gündə yüzlərlə insanın dilindən eşidir, mətbuat səhifələrində sosial şəbəkələrdə oxuyuruq. Ölkədə baş verənlər barədə elə tükürpədici məlumatlar daxil olur ki, bunun necə baş verə biləcəyi ağıla belə sığmır. MTN-də baş vermiş cinayət hadisələrinin bu gün ictimaiyyət heç yüzdə bir hissəsini də bilmir. Bu gün orada baş verənlər barədə xalqa heç bir məlumat verilmir. Kim bu gün ölkənin milli təhlükəsizlik sisteminə cavabdehlik daşıyır, məlum deyil. Ölkədə baş verənlər orta əsrlərdə Avropa feodal dövlətlərinin saray çəkişmələrini xatırladır. İnformasiya vasitələrində dövlət tərəfindən heç bir rəsmi açıqlamalar edilmir. Nəticədə cəmiyyətdə şaiyyələr baş alıb gedir. Şaiyyələr gəzir ki, Xəzər dənizində Azərbaycana məxsus hansı isə gəmidə Rusiya sərhədçiləri tərəfindən guya Z.Məmmədova məxsus 2 milyard manata qədər pul müsadirə olunub. Bu xəbərin haradan törəndiyi, doğru və ya uydurma olduğu barədə heç bir rəsmi məlumat verilmir. Belə çıxır ki, bu məlumatlar bilərəkdən yayımlanır. Hər gün ayrı-ayrı yüksək rütbəli məmurların həbs olunmalarına dair qeyri rəsmi məlumatlar sosial şəbəkələrdə müzakirə olunur, lakin rəsmi məlumat verilmir. Başqa sözlə bu gün Azərbaycan şaiyyələrlə yaşayır. Ölkədə nələrin baş verdiyi qaranlıq bir sirr kimi xalqdan gizlədilir. Arada hansı isə korrupsioner bir naziri və ya məmuru işdən azad etməklə cəmiyyətin əsəb gərginliyinə su çiləməyə çalışırlar. Daha sonra isə bu nazirin və ya məmurun yerinə ya heç kimin tanımadığı, yaxud da cəmiyyət arasında bütün nüfuzunu itirmiş, heç bir idarəçilik təcrübəsi olmayan, daha acgöz birisini həmin vəzifəyə təyin edirlər. Bunu da hakimiyyətin apardığı islahat kimi cəmiyyətə sıramağa çalışırlar. Bu əməllərin islahatla heç bir əlaqəsi yoxdur.Bu sadəcə olaraq saraydaxili çəkişmələrdir."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar