Qadınları öldürüb, dərisindən çanta hazırlayan manyak – DƏHŞƏT

20-11-2015, 02:08   
Qadınları öldürüb, dərisindən çanta hazırlayan manyak – DƏHŞƏT
Onun barəsində bir neçə sənədli, bir neçə bədii film çəkilib. Xüsusən qorxu filmlərinin həvəskarları Ed Geynin adını çox yaxşı tanıyırlar. Amma çoxları bu şəxsin kim olduğunu, hansı cinayətlərə əl atdığını bilmir. ABŞ tarixinə ən təhlükəli manyakı kimi düşmüş Edvard Geynin qorxunc həyat hekayəsini təqdim edir.
“Məzar oğrusu”, yaxud “Dəli üz” ləqəbi ilə tanınan Ed (Edvard) Geyn ən qəddar qatil kimi qəbul edilir. Onun qətlə yetirdiyi insanların sayı heç bu gün də məlum deyil. Təkcə məhkəmədə sübuta yetirilmiş qətllərin sayı isə 15-dir. Edvard Geynin qətlə yetirdiyi insanların çoxu qadınlar idi. Onun ən çox həzz aldığı məşğuliyyət növü öldürdüyü insanların dərilərindən hazırladığı paltarları, ayaqqabıları geyinib Ay işığında rəqs etmək idi.
Dörd nəfərlik ailədə dünyaya gəlmiş Edvardın anası qatı dindar idi. Henri adlı qardaşını çox istəyən Edvard anasını hədsiz dərəcədə çox sevirdi. İfrat dindar və mövhumatçı ana bütün qadınların iyrənc və günahkar olduğunu düşünür, Henri və Edvardı da zərif cinsin nümayəndələrinə nifrət ruhunda böyüdürdü.
Qadın ərinin vəfatından sonra oğlu Edvardın düşüncəsinə daha çox təsir göstərməyə başladı. Lakin digər oğlu Henri anasının qadınlar haqqındakı fikirləri ilə razılaşmırdı. O, bu sirri qardaşına açmasından bir həftə sonra müəmmalı şəkildə qətlə yetirildi.
Cinayətin Edvard tərəfindən törədilib-törədilmədiyi bu günə kimi məlum deyil. Qardaşından fərqli olaraq Ed anasının fikirlərini bölüşür, onunla həmrəylik nümayiş etdirirdi. O, anası kimi olmaq istəyirdi. Gənc fermer elə düşünürdü ki, bu ancaq cinsiyyətini dəyişdirməsindən sonra mümkündür.
O, cinsiyyətin dəyişdirilməsi, anatomiya haqda kitabları oxuyur, manyakların insan əti yemələrini əks etdirən hekayələri oxuyur, günlərlə evdən çölə çıxmırdı.
Hər şey anasının ölümündən sonra başladı. Ed daha da yalnızlaşdı. Evin otaqlarının pəncərələrini taxtalarla qapatdı. Bu məkan Edin insanları qətl edəcəyi yer olacaqdı.
O, hər gün saatlarla ibadət edirdi. Digər tərəfdən isə anası kimi olmaq istəyirdi. Cinsiyyətini dəyişdirə bilməyəcəyini başa düşən Geyn anası kimi “olmaq” üçün yaxınlıqdakı qəbiristanlığa gedib, torpağa yeni basdırılmış cəsədləri qəbirlərdən çıxarmağa başladı.
Cəsədləri parçalayır, anatomiya ilə bağlı oxuduqlarını meyitlərin üzərində təcrübədən keçirirdi. Meyit parçalamağı tamamilə öyrənmiş manyak anatomiyanı tamamilə öyrənmişdi. İndi onu başqa şey düşündürürdü – insanları öldürüb dərilərindən əşyalar hazırlamaq. İlk öncə Meri Haqn adlı qadını silahla öldürüb onun 90 kiloluq cəsədini evinə gətirdi.
Cəsədi parçalayan Ed anasına tamamilə bənzəyən bu qadının dərisini tamamilə soydu. O, qadının dərisindən hazırladığı “libas”I əyninə geyinib, aynada özünə baxanda anasına oxçamasından çox məmnun qaldı.
Geyn artıq insan deyil, əsil şeytan idi. O, parçaladığı qadın cəsədlərini zorlayır, sonra dərilərini soyurdu. Ed bununla kifayətlənmirdi. Manyak 58 yaşlı daha bir qadını öldürüb onu zorladı. Sonra isə dərisini soydu.
Ed evə o qədər cəsəd gətirmişdi ki, onlar artıq otaqlara sığmırdı. Üstəlik, pis iy bütün otaqları bürümüşdü.
O, məzarlardan oğurlayıb gətirdiyi meyitlərdən özü üçün əşyalar hazırlamağa başladı. İnsan kəllələrindən şorba içmək üçün boşqablar, stəkanlar, insan dəriləriindən hədiyyələr, çantalar düzəldirdi.
Onun yaşadığı küçənin sakinləri Edin sirli sehrli, qeyri-adi insan, təhlükəli cinayətkar ola bilməsindən bəhs edirdi. Maraqlıdır ki, Edvar təbiətcə çox sakit, mülayim insan olduğundan bəziləri bu söz-söhbətlərə inanmırdı.
“Sən şübhəli şəxsə oxşayırsan” – deyə ona zarafat edənlərə gülümsəməklə cavab verən Geyn qonşularının atmacalarına məhəl qoymur, gecələr isə evində cəsəd yarmaqla məşğul olurdu.
Qəsəbə rəhbəri Edvarda yaxınlaşmadan onu izləməyə başladı. O, bu xarici görünüşdən sakit, mülayim olan sakinin törətdiyi cinayətləri gördükdə gözlərinə inanmadı və dərhal polisə məlumat verdi.
Edin evində əməliyyat keçirən polislər gördükləri mənzərələrdən dəhşətə gəldilər. İnsan dərisindən hazırlanmış əlcəklər, kəllələrdən hazırlanmış “piyalə”lər, boşqablar, ov heyvanları kimi divardan asılmış insan cəsədləri və digər dəhşət saçan şeylər təhqiqatçıları belə, qorxudurdu.
Məhkəmə qarşısına çıxarılan Edin əqli problemlərinin olduğu əsas gətirildi və o, psixi müalicə dispanserinə göndərildi. 10 illik müalicədən sonar təkrar məhkəmə qarçısına çıxarılmış Edvardın psixi problemlərinin hələ də mövcud olması təsdiqləndi və o, yenidən müalicə müəssisəsinə qaytarıldı.
Bir müddət sonra onun səhhətində problemlər üzə çıxdı. Yataq xəstəsinə çevrilən, tarixin ən təhlükəli cinayətkarlarından, ABŞ-ın isə ən qorxunc manyakı adlanan Ed ağciyər xəstəliyindən dünyasını dəyişdi.
Anar Tağıyev, publika.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar