Ağsu rayon sakini II qrup əlil Əfəndiyev Vəfadar ötən gecə rayonda bir neçə polis əməkdaşları tərəfindən döyüldüyünü deyir."Qafqazinfo"ya müraciət edən əlilin sözlərinə görə, dünən axşam saatlarında rayonun Üzeyir Hacıbəyov küçəsində qardaşı bir nəfərlə mübahisə edirmiş: “Bu zaman polis əməkdaşları qardaşımı bölməyə aparmaq istədilər. Mən də dedim ki, niyə qardaşımı sürüyə-sürüyə aparırsınız? Bunu deyən kimi Cavid, Telman, Kamal, Rüstəm adlı polislər üstumə hücum çəkdilər. Dedilər ki, səni də bölməyə aparırıq. Bu zaman üzərlərində olan kəsici-deşici alətlərlə məni yaralayıb döydülər. Bədənimdə çoxsaylı yara izləri var. Camaat hadisəyə müdaxilə edərək məni polislərin əlindən zorla aldı. Gecəni xəstəxanada keçirmişəm. Bu gün Ağsu rayon prokurorluğuna müraciət etmişəm, məni Şamaxıya ekspertizaya göndərirlər.
Ağsu rayon polis şöbəsinin rəis müavini Sübhi müəllim deyir ki, şikayətinizdən əl çəkməsəz, sizi narkotiklə şərlədib tutacağam. Atama deyib ki, oğlanlarına polisə müqavimət maddəsini qoyacaq. Mən bu işdən əl çəkən deyiləm. Həmin harınlamış polislər günahsız yerə II qrup əlili döyüblər. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa da hadisə ilə bağlı müraciət etmişik”.