Ramiz Mehdiyevlə bağlı hekayət qalmaqala səbəb oldu

23-11-2015, 09:21   
Ramiz Mehdiyevlə bağlı hekayət qalmaqala səbəb oldu

Qabil Hüseynli «Yeni Müsavat»da Eldar Sabiroğlunu ittiham etdi, qarşı tərəfdən cavab gəldi

Müdafiə Nazirliyinin keçmiş mətbuat xidməti rəhbəri Eldar Sabiroğlunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev barədə vəd etdiyi hekayət qalmaqala səbəb olub. Eldar Sabiroğlunun hekayətində Ramiz Mehdiyevin ünvanına ciddi ittihamlar var. Eldar Sabiroğlu Ramiz Mehdiyevi xalq artisti Şəfiqə Axundovaya, YAP-ın tanınmış simalarından olmuş Abbas Mustafayevə və keçmiş müdafiə naziri Səfər Əbiyevə qarşı kampaniya aparmaqda suçlayıb.

“Onunla aramızdakı bir söhbəti unuda bilmirəm. Parlamentin səhər iclasından fasiləyə çıxmışdıq. Barmağanın işarəsi ilə məni yanına çağırıb Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova ilə münasibətimin nə yerdə olduğunu soruşdu. Dərhal anladım ki, ortada nəsə bir konflikt var. Sonra gülə-gülə xalq artistinin əleyhinə mətbuatda kəskin yazıların dərc olunmasının vacibliyini vurğuladı. Yerimdəcə donub qaldım”,-deyə Eldar Sabiroğlu bildirib.

O, daha sonra bildirib ki, Ramiz Mehdiyev mərhum Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynovu da öz tərəfinə çəkibmiş: “Sən demə, bu ahıl intriqa ustası vəziyyətdən yararlanmağa və beləliklə, hakimiyyət sevdasına düşüb yollar axtarırmış. Yəni dərinlikdə bizim bilmədiyimiz proseslər cərəyan edirmiş. Rauf Hüseynov mütəmadi olaraq Ramiz Mehdiyevi Heydər Əliyevin durumu və həkimlərin rəyi ilə məlumatlandırırmış.

Onlar bununçün intensiv görüşlər və xəlvəti söhbətlər edirmiş. Hətta merkantil maraq bu iki həmfikiri dərhal fəaliyyətə başlamağa və konkret nəticələr əldə etmək üçün səyləri birləşdirib reallaşdırmağa sövq edirmiş. Lakin çox uzun gedə bilmədilər, Rauf Hüseynovun kürəyini söykədiyi şəxsin tam fikrini bilmədən ona müraciət etməsi xəyanətin üstünü açdı. Partiya sədrlərindən birinə və millət vəkilinə niyyətini bildirən Rauf özünü qaçılması mümkünsüz zərbə altında qoyur: “Vəziyyət çox çətindir. Ölkənin gələcəyi üçün təcrübəli dövlət adamının prezident olmasına çalışmalıyıq.? Partiya sədri Raufdan soruşur: ”Siz kimi nəzərdə tutursunuz?” Tərcüməçi Ramiz Mehdiyevin adını çəkir və ardınca deyir: “Bunu üçün indidən təbliğat işinə başlamalı, Ramiz Mehdiyevin ölkədaxili təbliğatı ilə iqtidar nümayəndələri, beynəlxalq aləmdə müxalifət partiyaları və siyasətçiləri iş aparmalıdırlar”. Partiya sədri öz hisslərini büruzə vermədən həmin an qərara gəlir: “Heç bir vasitə ilə bu təxribata getmək olmaz!” O, bu fikri rəhbər tutaraq, lazımi adamların vasitəsilə məlumatı Heydər Əliyevə və ona canı-qanı ilə bağlı olan yaxın ətrafına çatdırır”.

Eldar Sabiroğlu yazır ki, əsgər ölümlərinə qarşı aksiyalarda da Ramiz Mehdiyevin rolu olub.

Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat” qəzetində Eldar Sabiroğlunun bu hekayətinə görə hədəfə alıb. Qabil Hüseynli bildirib ki, Eldar Sabiroğlunu “Mahmudov”çu qrupa aid edib.

Eldar Sabiroğlu moderator.az-da politoliqu ittihamlarına cavab verib. O, bildirib: “Qabil Hüseynlinin halına həqiqətən acıyıram. Yeddi partiya dəyişmiş bu adam özünü necə rəzil günə salır. Onun dəyərini Heydər Əliyev çox dəqiq verib: SIYASI RIYAKAR. Bu elə bir möhürdür ki, şəxsin həyat səlnaməsindən silinməsi mümkün deyildir. Dövlət idarəçiliyində oturub, başqa yerə işləyən adamdan hər nə desən çıxar. Hüseynli Heydər Əliyevin onun barəsində verdiyi sərəncamı dərk edə bilsə, adam içinə çıxmamalıdır. Indi siyasi riyakarlar mənə qarşı kampaniyaya start veriblər. Kişilik kəlməsini dilinə gətirən Qabil Hüseynlidən kişi kimi bir şeyi etiraf etməsini rica edirəm. 2003-cü il prezident seçkiləri ərəfəsində o, mənə nə üçün zəng etmişdi?! Indi məni özündən müştəbehlikdə təqsirli sayan bu adam Isa Qəmbərin mənimlə görüşmək arzusunda olduğunu bildirdi. Soruşdum ki, Qabil bəy, nə məsələdir, cavab verdi ki, başqan sizi partiyada yüksək görəvdə görmək istəyir. Mehdiyevin sözçüsü qeyd etdi ki, artıq hər şey bitib, Əliyev siyasəti çöküb, xalqın prezidenti Isa Qəmbərdir. Bildirdim ki, yanılırsınız və bu məsələ ilə əlaqədar mənə zəng etməniz hədərdir. Isa Qəmbərlə Heydər Əliyevi və Ilham Əliyevi dəyişə biləcək ağılsızlar sırasında deyiləm. Həmən telefonu qapatdı. Indi bu ”traynoy” siyasi riyakar gəib mənə dərs keçir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar