Şöbə müdirinin oğlu mərcdə 200 min manat pul uduzub

25-11-2015, 11:07   
Şöbə müdirinin oğlu mərcdə 200 min manat pul uduzub

Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur

Ötən gün Bərdənin icra başçısı Vidadi İsayev və Kəlbəcərin təhsil şöbəsinin müdiri Elmira Şükürova ilə bağlı məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatlarda iddia edilirdi ki, xanım Şükürova hələ Ağdamda təhsil şöbəsinin müdiri işləyən zaman Bərdədə məcburi köçkünlər üçün inşa edilən binadan 30 mənzil alıb. Və bu alış-veriş icra başçısı Vidadi İsayevlə onun arasında olub. Həmçinin bu ticarət xanım şöbə müdirinə 150 min manata başa gəlib.

Məlumatı verən mənbə vurğulayıb ki, iki il qabaqcadan alınmış mənzillər tikinti işləri başa çatdıqdan sonra 15 min manatdan satışa çıxarılıb və qısa müddətdə satılıb.

JAM.AZ-ın araşdırmalarına görə, Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil. Həmin məlumatlara görə, sözügedən şəxs Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb. İddia olunur ki, həmin obyektləri Şükürovaya elə Vidadi İsayev satıb.

Araşdırmalar zamanı o da bəlli olub ki, təhsil şöbəsinin müdiri həmçinin Ağdam-Bərdə yolunun üzərində iri heyvandarlıq kompleksinin də sahibi kimi tanınıb. Uzun müddət fəaliyyətdə olan bu kompleks sonradan satılıb. Özü də Elmira Şükürova Kəlbəcərə təhsil şöbəsinin müdiri getdiyi ərəfədə. Görünür, ona pul lazım olub və bu səbəbdən də illərlə əziyyət çəkib, yaratdığı əsas gəlir mənbələrindən birini satmalı olub. Bu satışın əsas səbəbi isə olduqca maraqlıdır.

JAM.AZ xəbər verir ki, ilk baxışdan Elmira Şükürovanın bu heyvandarlıq kompleksini Kəlbəcərə təhsil şöbəsinin müdiri getmək üçün satdığı təəssüratı yaranır. Əslində isə məsələ tamam başqadır və işin içində 200 min manatlıq bir borc məsələsi mövcuddur.

Məlumatlarda qeyd edilir ki, Elmira Şükürovanın hazırda Gəncə Apellyasiya Məhkəməsində çalışan oğlu belə borcları mütəmadi olaraq yaradır. Sonuncu belə hadisə bir müddət əvvəl baş verib. JAM.AZ-a məlumat verən mənbə bildirir ki, Emin Bayramov davamlı olaraq mərc oyunlarına qatılır və bu səbəbdən də külli miqdarda pullar uduzur. Qeyd olunur ki, sonuncu dəfə məhkəmə işiçisi Gəncə şəhərində yerləşən «Topaz»ın yerli şöbələrinin birində ard-arda böyük məbləğli futbol mərclərinə girişib. Nəticədə, 200 min manatlıq bir borc yaranıb.

Mənbə vurğulayır ki, bu borc məsələsi getdikcə şişərək, problemə çevrilməyə başlayıb. Emin Bayramov həmin borcun 50 min manatlıq hissəsini bağlasa da, digər qismini ödəmək gücündə olmadığını bildirib. Lakin «Topaz»ın nümayəndəsi yerdə qalan 150 min manatın da tez bir zamanda ödənilməsini tələb etməyə başlayıb, əks təqdirdə, ciddi problem yaşanacağı barədə xəbərdarlıq edib.

JAM.AZ-a daxil olan bilgilərə görə, işin böyüdüyünü görən Elmira Şükürova oğlunu dardan qurtarmaq üçün Ağdam-Bərdə yolunun üzərindəki heyvandarlıq kompleksini sataraq, oradan aldığı pulla oğlunun borclarını bağlayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar