İcraçı Kredit Agentliyinin rəhbəri Arif Əliyevlə bağlı qaranlıq məqamlar

26-11-2015, 02:47   
İcraçı Kredit Agentliyinin rəhbəri Arif Əliyevlə bağlı qaranlıq məqamlar

Söhbət milyonlardan gedir...

Son günlər medianın diqqəti qanunsuz maliyyə əməliyyatları aparmaqla külli miqdarda dövlət vəsaitini mənimsəmiş şəxslərə yönəlib. Bu da təsadüfi deyil. Ölkə başçısının dövlətin əsas strukturlarından biri ilə bağlı qəbul etdiyi qərardan sonra, uzun müddət qapalı fəaliyyət göstərən bir çox qurumların da qanunsuz əməllərinin çözülməsinə səbəb oldu. Cəmiyyətdə külli miqdarda kapital sahibi kimi tanınan şəxslərin böyük əksəriyyətinin əldə etdikləri vəsaitin məhz cinayət hesabına toplanması ilə bağlı informasiyalar olduqca ilginc və diqqətçəkicidir. Sıradan bir vətəndaş üçün o qədər də əhəmiyyətli hesab olunmayan struktur rəhbərləri bu tip kölgədə qalma siyasəti ilə böyük kapitalları toplaması artıq kimsəyə sirr deyil. Və o da məlum oldu ki, bəzi hallarda böyük milyonlar, yaşadığı kiçik mənzilindən başqa digər əmlakı olmayan şəxslərin hətta həmin mənzilləri əllərindən alınmaqla toplanırmış. Bu gün Conflict.az-a adı geniş oxucu kütləsinə o qədər də tanış olmayan İcraçı Kredit Agentliyinin rəhbəri Arif Əliyevin digər kredit təşkilatlarının rəhbərləri ilə əlbir olaraq olduqca ciddi rəqəm hesab olunan vəsaiti şəxsi biznesinə yönəltməsi ilə bağlı informasiya daxil oldu. Məlumatı verən mənbə bildirir ki, Arif Əliyev ayrı-ayrı şəxslərin adına kənd təsərrüfatı və sahibkarlığın inkşafı adı altında külli miqdarda vəsiti kredit formasında özününküləşdirir. Mənbə qeyd etdi ki, Bank Olmayan Kredit Təşkilatı - İKA məhz Kənd Kreditləşməsi Layihəsi üçün yaradılmış təşkilatdır və uzun illər onun təsisçisi Azərbaycan Kredit İttifaqları Assosiasiyası İctimai Birliyi olub. Lakin Arif Əliyev Assosiasiyanın İdarə Heyətinin sədri Ayaz Quliyevlə əlbir olaraq özlərinə sərf edən yollarla Bank Olmayan Kredit Təşkilatı – İKA - nı öz adına və özünə yaxınlığı ilə seçilən adamların adına özəlləşdirməyə nail olub. Məlumatda qeyd olunur ki, bu təşkilat yarandıqdan sonra, olduqca böyük layihələr çərçivəsində kəndlli fermerlər və kiçik sahibkarlar Kredit İttifaqları vasitəsilə aldıqları kredit vəsaitlərindən istifadə edərək öz güzəranlarını yaxşılaşdırmalı idilər.
İcraçı Kredit Agentliyinin rəhbəri Arif Əliyevlə bağlı qaranlıq məqamlar
Lakin... Nəinki kəndli – fermerə, sahibkara, hətta dövlətə çatası olan mənfəət, müxtəlif təsisçilərin adı ilə Arif Əliyevə və ona himayədarlıq edən şəxslərə çatdırılır. Məlumatda o da bildirilir ki, məhz bu tip əməllərə görə Dünya Bankı artıq bir neçə ildir ki, bu təşkilat tərəfindən icra olunmalı layihələrin saxlanmasını tələb edib.
Məlumatı verən mənbə onu da qeyd edir ki, müxtəlif adlar (“Aşıxlı”, “Tərəkəmə”, “Yüzbaşlı-2”, , “Aran”, “Ləman”, “Masallı”, “Hindarx” və s.) altında yaradılan kredit ittifaqları vasitəsilə təşkilatdan külli miqdarda vəsait çıxarılır. O da bildirilir ki, həmin vəsaitlərin olduqca cüzi hissəsi adına böyük miqdarda kredit məbləği sənədləşdirilmiş şəxsə verilir. Əvəzində isə əlində olan tərpənməz əmlak girov qismində götürülür. Və sonda... Sonda bu proses Salyan rayonundakı bir neçə kənddə olduğu kimi 20-yə qədər şəxsin tərpənməz əmlakının satışa çıxarılması ilə nəticələnir. Bu şəxslərin içərisində Tofiq Soltanov da var. Mənbə bildirir ki, T.Soltanov təşkilatın Ağcabədi filialından götürdüyü krediti qaytarmasına baxmayaraq, hələ də mənzilini girovluqdan çıxara bilməyib.
Mənbə yaxın günlərdə İcraçı Kredit Agentliyi vasitəsilə həyata keçirilən “əməliyyatarla” bağlı Arif Əliyevin imzaladığı sənədlərin surətini də redaksiyaya təqdim edəcəyini bildirdi.
Məlumatı araşdırmaq üçün A.Əliyevlə əlaqə saxlamaq istəsək də, mümkün olmadı.
Redaksiya yazıda adı çəkilən qurum və şəxslərində mövqeyini dərc etməyə hazırdır.
Mövzuya qayıdacağıq.
Conflict.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar