Paytaxtın Nizami rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən şəxs Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından özünü atıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Məlumata görə, tələbə qız mobil telefonundakı bütün nömrələri sildikdən sonra operator kartını sındırıb. Özünü damdan atdıqdan sonra əvvəlcə ağaclardan birinin üzərinə düşən Türkan Həsənzadə daha sonra yerə yıxılıb.
Qeyd edək ki, o, intihar etməmişdən öncə, dünən gecə saatlarında öz "Facebook" səhifəsində "tək istədiyim öz həyatımı yaşamaq idi" statusunu paylaşıb. Türkan Həsənzadə Tibb Universitetinin IV kurs tələbəsi olub.
İntiharın dəqiq səbəbi araşdırılır (APA TV).