"Sərham" MMC-də bədbəxt hadisə nəticəsində işcinin beli sındı

27-11-2015, 10:09   
"Sərham" MMC-də bədbəxt hadisə nəticəsində işcinin beli sındı

Bakı sakini Qasımov Vüsal Mehman oğlunun üzərinə dəmir qapı aşıb. anaxeber.info-a daxil olan məlumata görə, 19-20 yaşlarında olan Vüsal Qasımovun beli sınıb. O, Əhmədlidəki nevrocərrahiyə xəstəxanasına yerləşdirilərək dərhal əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan Vüsal Qasımovun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, hadisə "Sərham" MMC-də baş verib. Bu MMC çörək istehsalı edir. Bildirilir ki, müəssisə rəhbərliyi hadisəni ört-basdır etmək istəyir. Bu baxımdan da olay barədə polisə məlumat verilməyib. Məlumatda o da qeyd olunur ki, bir müddət əvvəl sözügedən müəssisədə Elxan Qoşqari adlı şəxs bıçaqlanıb. Bu hadisənin də üstü ört-basdır edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.