Zaqatalada tükürpədici hadisə: gəncin əllərini kəsdilər (FOTO)

29-11-2015, 20:03   
Zaqatalada tükürpədici hadisə: gəncin əllərini kəsdilər (FOTO)



Şübhəli şəxslərin zərəçəkənin dostları olduğu bildirilir.



Zaqatalada 26 yaşlı gəncə xüsusi amansızlıqla xəsarət yetirilib.

ANS PRESS-in məlumatına görə, noyabrın 29-na keçən gecə iki Zaqatala rayonu sakini Vüsal Bəşirovun qollarını bilək nahiyəsindən kəsiblər.

Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun ANS PRESS-ə verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib.

Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sona Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vüqar Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa indi xəstəxanaya aparılır, gedib orda görə bilərsən.

Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardımlar göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti ağırdır.


Vüqar Bəşirov - Zərərçəkənin atası

Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib.

Faktla bağlı Zaqatala rayon polis şöbəsindən ANS PRESS-ə bildirilib ki, hələlik hadisəni törədənlərdən heç kim saxlanılmayıb. Hazırda şübhəli şəxslərin tutularaq, istintaqa cəlb olunması ilə əlaqədar əməliyyat tədbirləri keçirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.