Dörd məşhur general ordudan niyə uzaqlaşdırıldı?

30-11-2015, 10:06   


Üzeyir Cəfərov: «Müharibə vəziyyətində olan ölkə zabitlərini maksimum dərəcədə qorumalıdır»

Noyabrın 25-də Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.

Məlumata görə, iclasda məşhur general-mayorÿQorxmaz Qarayevin ordu sıralarından tərxis olunması ilə bağlı əmr verildiyi elan olunub.


Onu da bildirək ki, Q.Qarayev bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilmişdi. Bundan əvvəl isə o, Şəmkir korpusunun komandan müavini idi.

Bundan başqa, iclasda daha 3 generalın ordudan təxris edildiyi bildirilib.

Onlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin keçmiş rəisi general-mayor Mirzə Almasovdur. M.Almasov bu ilin avqust ayında yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.

Həmçinin Silahlı Qüvvələrin Baş Hərbi Inspeksiyasının keçmiş rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayorÿ Fəxrəddin Cəbrayılovun da ordu sıralarından çıxarıldığı bildirilir. F.Cəbrayılov da bu ilin avqust ayında postundan uzaqlaşdırılmışdı.

Ordu sıralarından təxris olunan digər general isə Silahlı Qüvvələrin Artilleriya Qoşunlarının keçmiş komandanı general-mayorÿ Rafiq Hüseynovdur. R.Hüseynov isə 2013-cü ildə Artilleriya Qoşunlarının komandanı vəzifəsi ilə vidalaşmışdı.

Bəs müharibə gedən ölkədə bu cür addımların atılması nə dərəcədə düzgündür?

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu addımlara Müdafiə Nazirliyi aydınlıq gətirsəydi daha yaxşı olardı. Q.Qarayevi daha yaxından tanıdığını deyən Ü.Cəfərov vurğuladı ki, o, döyüş generalıdır. O həmin rütbəyə elə-belə çatmayıb: “Təəssüf ki, bu cür generallar ordudan gedir. Yəni onun imkanlarından istifadə etmək olardı. Azərbaycanda elə yüksək rütbəli zabitlər var ki, onların 10 nəfərin biliyi Qorxmaz Qarayevin bildiklərinə dəyməz. Rafiq Hüseynov isə artileriya komandanı olub. Mən onu çox az müddət tanımışam. O əvvəllər Hərbi Dəniz Qüvvələrində xidmət edirdi. Fəxrəddin Cəbrayılov da döyüş görmüş zabitdir. Vaxtı ilə Murov dağdakı bölmənin komandiri olub. Əlbətdəki müharibə vəziyyətində olan ölkənin zabitlərini biz maksimum dərəcədə qorumalıyıq. Sabah döyüşlər ola bilər. Həmin generalların bilik və bacarığından istifadə edə bilərik”.

Ü.Cəfərov hesab edir ki, sonuncu addımlar hər hansı nöqsanlarla bağlı deyil.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar