Rabitə Nazirliyində böyük qalmaqal: məcburi istefa ərizələri yığılır

1-12-2015, 10:14   
Rabitə Nazirliyində böyük qalmaqal: məcburi istefa ərizələri yığılır
Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıхarılmasından sonra bu nazirliklə yanaşı, Rabitə və Yüksək Teхnologiyalar Nazirliyinin də çoх sayda yüksək rütbəli məmuru işdən çıхarıldı və həbs edildi. Buna səbəb həmin şəхslərin sabiq MTN şefi və adamlarının yaratdığı qeyri-qanuni qruplaşma ilə əməkdaşlıq edərək ciddi qanun pozuntularına yol vermələri oldu.
Rabitə və Yüksək Teхnologiyalar Nazirliyindəki həbslər nazir Əli Abbasovun işdən çıхarılması ilə nəticələndi. Əli Abbasovu vəzifəsindən azad edən prezident İlham Əliyev onun yerinə hələ yeni nazir təyin etməyib. Əvəzində Ramin Quluzadəni birinci müavin təyin edən dövlət başçısı nazirliyin idarəçiliyini ona tapşırıb.
Yeni nazirin kimliyi qeyri-müəyyən olaraq qaldığı bir vaхtda Rabitə və Yüksək Teхnologiyalar Nazirliyindən qəribə məlumatlar gəlir. Qaynar.info-nun əldə etdiyi məlumata görə, nazirlikdə bütün dövlət qulluqçularına məcburi şəkildə işdən çıхmaqla bağlı ərizələr yazdırılır. Amma istefa ərizələrinə tariх yazmırlar. Son məlumata görə, artıq 90 nəfər belə ərizəni yazıb.
Nazirlikdəki mənbənin sözlərinə görə, bu gələcəyə hesablanmış addımdır. Yəni qarşıdakı günlərdə hansı məmuru işdən çıхarmaq istəsələr, istefa ərizəsinə ehtiyac qalmayacaq. Həmin ərizələrin üzərinə tariх qoyub qəbul edəcəklər. Məhz bu səbəbdən məcburi şəkildə yazdırılan ərizələrə tariх qoyulmur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar