İki övladını boğub öldürən anaya 20 il həbs verildi-BAKIDA

1-12-2015, 12:28   
İki övladını boğub öldürən anaya 20 il həbs verildi-BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı körpəsini qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Nəsibə Qurbanova 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin may ayında Albalı bağ massivində qeydə alınıb. İkinci Albalı bağ massivi, 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Qurbanova evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib.

Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Qadın ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

O, bu addımı bezdiyindən, yaşamaq istəmədiyindəni və övladlarını heç kimə əmanət etmədiyindən atdığını bildirib.

İnarə Rafiqqızı

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.