Dünən Bakının Binəqədi rayonunda Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi intihar edib.
Virtualaz.org-a bu barədə Binəqədi Rayon Polis İdarəsindən xəbər veriblər.
Məlumata görə, 1954-cü il təvəllüdlü Zeynalov Elimdar Gülmalı oğlu M.Rəsulzadə qəsəbəsindəki evinin çardağında özünü asıb.
Hadisə yerindən mərhumun məktubu tapılıb. Həmin məktubda o bildirib ki, xəstəlik üzündən intihar edir.
İlkin məlumata görə, mərhum intihardan bir müddət əvvəl ürəyindən əməliyyat olunubmuş.
\