Milli Arxiv İdarəsində yoxlama – Pullar hara xərclənib?

7-12-2015, 15:08   
Milli Arxiv İdarəsində yoxlama – Pullar hara xərclənib?
Son zamanlar xəbər portallarında yer alan, hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Azər Süleymanovun Xanlar rayonu (indiki Göygöl rayonu) baytarlıq idarəsinin rəisi vəzifəsində işlədiyi müddətdə baytarlıq idarəsində qeyri-qanuni yollarla qazandığı küllü miqdar pul və sərvətdən bəhrələnərək Göygöl rayonunda “KARUSEL” İstirahət Mərkəzi” restoranlar şəbəkəsinin yaratması, icra başçısı olmaq eşqinə düşməsi, bu rellaşmadıqda tədarük etdiyi “çəkidən yüngül, qiymətdən ağır”ın hesabına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə qədər gətirilməsi, Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun havadarlığı ilə MTN- dəki hadisələrin təkrarı olan Çovdarov sayağı iş adamlarının incidilməsi, Dövlət Baytarlıq Xidmətinə ölkəyə idxal edilən yüklərə baytarlıq icazəsinin alınması üçün müraciət edən sahibkarlardan ölkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, (ildə 100 minlərlə yumurta idxal olunur) bir günlük cücənin birinə 1 sent, habelə xaricdən gətirilən bir baş iribuynuzlu heyvana 25 man, qoyun-keçiyə 12 manat, 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və digər heyvandarlıq məhsullarının özlərinin təyin etdilkləri “PREYSKURANT QİYMƏTİ”nə uyğun hər bir maşınına 100-150 manat, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdan başqa Dövlət Baytarlıq Nəzarəti Xidmətindən icazə alması nəzərdə tutulmayan konservlədirilmiş, yəni termiki işləmədən keçmiş heyvan mənşəli məhsullar-balıq konservi, mal əti konservi, quru süd, dondurma, yoqurt,qatılaşdırılmış süd, mayonez, uşaq qidası, kərə və digər emal edilmiş yağlar, kolbasa məmulatları, xromlanmış, yəni kimyəvi yolla işlənmiş dərinin hər bir maşınına 100-150 manat, sahibkar ölkəyə müxtəlif baytarlıq preparatları idxal edərkən hər bir adda olan preparatın birinə 1000 manat qeydiyyatından başqa) rüşvət alınması, və s. olaylardan ətraflı yazılarımız getmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən icazə alması nəzərdə tutulan və tutulmayan məhsulların ixal-ixracı üçün yuxarıda adıçəkilən “QİYMƏT CƏDVƏLI”ni diqqətinizə təqdim edirik. Cədvəldə adları qeyd edilmiş məhsul və xammalın çəksinə, hansı ölkədən gətirilməsindən asılı olaraq tarif (manatla) çəkiyə vurularaq rüşvət müəyyən olunur və iş adamlarından idxal-ixrac etdiyi heyvandarlıq məhsullarına bu “QARA QİYMƏT CƏDVƏLI”nə uyğun rüşvət alınır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar