Bakının Xətai rayonunda intihara cəhd olub.
Bu barədə virtualaz.org saytına Xətai Rayon Polis İdarəsindən məlumat veriblər. Xəbərdə deyilir ki, dünən saat 21:30 radələrində Aşurova Xatirə Səlim qızı özünü Xətai rayonu, Mehmandarov küçəsi, 2 ünvanındakı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindən atıb.
1997-ci il təvəllüdlü X.Aşurova hazırda “Azərsutikinti” xəstəxanasındadır, vəziyyəti ağırdır.
İlkin məlumata görə, X.Aşurovanın intihar etməsinə səbəb sevgilisini qısqanması olub.
Fakt Xətai Rayon Prokurorluğunda araşdırılır.