Əl-ayağı bağlı qadının başını kəsib evi yandırdılar

18-12-2015, 21:50   
Əl-ayağı bağlı qadının başını kəsib evi yandırdılar
Samux rayon sakini 62 yaşlı Lütviyə İsmayılovanın yaşadığı mənzildə yanmış meyiti tapılıb.

Yanğınla bağlı FHN-in Samux Rayon Şöbəsinə müraciət edilib. Əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Əməliyyat zamanı FHN əməkdaşları evdə qadının başı kəsilmiş və əl-ayağı bağlı vəziyyətdə cəsədini aşkarlayıblar. İlkin ehtimala görə, qadın yaşadığı ünvanda öldürüldükdən sonra mənzil yandırılıb.


Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırırlar.

(Kəpəz TV)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.