Əbülfəs Qarayevə ŞOK MTN zərbəsi... - Mahmudovun, Çovdarovun turzim biznesi...

21-12-2015, 17:54   

Milli Təhülkəsizlik Nazirliyinin bazasında iki xidmətin yaradılması barədə fərmandan sonra ölkədə ancaq bir “MTN”-nin qaldığı zarafat mövzusuna çevirilmişdi. Söhbət Mədəniyyət və Turizm Nazirliyindən (MTN) gedir.
Qısaca MTN olaraq yazılan bu qurumun ilk baxışda Eldar Mahmudovla hansı əlaqəsinin ola biləcəyi maraq mövzusudur. Ancaq Eldar Mahmudov və ətrafının genişaxəli biznes fəaliyyətinə malik olduğunu göz önünə alsaq, bu fəaliyyətin turizm obyktlərindən yan keçmədiyini də əminliklə söyləmək olar.
Bu isə iki MTN-nin əlqələrinin daha da genişləndirilməsini zəruri edirdi ki, təbii ki mühüm olan daha çox və asan, rəqabətsiz və qanunsuz varlanmaq olub. Bu işdə bir MTN-nin yüksək vəzifıəli məmurları can-başla digər MTN-nin bir nömrəli adamının qulluğunda dayanıb ki, indi də bu qulluqların əvəzini istintaqla almaq kimi bir durumla üz-üzə qalıb. Söhbət ondan gedir ki, Mədəniyyət və Turizm Nazirliyində Eldar Mahmudovun çox sayda adamı var ki, onlarla bağlı hələ də nazirlik rəhbəri səviyyəsində tədbir görülməyib. Əslində belə adamlar digər nazilik və komitələrdə də avr.
Ancaq MTN işi başlayandan bəri bir çox nazirlikdə gizli və ya aşkar yollarla Eldar Mahmudovun adamlarının axtarışı başlayıb. Onlar arasında hətta işdən azad edilənlər də var. Ancaq hələlik bu daxili yoxlamalar Mədəniyyət və Turizm Nazirliyindən yan keçib. Əbülfəs Qarayev rəhbərlik etdiyi nazirlikdə “Eldarovçuları” axtarmaq niyyətində deyil. Halbuki bir zamanlar bir neçə mədəniyyət mərkəzi, bölgələrdəki turizm –informasiya mərkzələrinin rəhbər təyinatı məhz Eldar Mahmudovun şəxsi zəmində xahişləri ilə gerçəkləşdirlib.
Bizimxeber.az-a daxil olan məlumata görə, indiki şəraitdə Əbülfəs Qarayevin bu şəxsləri nazirlikdən uzaqlaşdırmaq və fəaliyyətəni yoxlatmaq yerinə özünü tamamilə sakit aparmaqla MTN işinin onun rəhbərlik etdiyi MTN-dn yan keçdiyini diqqətə çatdırmaq istəyir. Əbülfəs Qarayev bu faktı gizlətməklə MTN və onun keçmiş rəhbəri ilə heç bir bağlılığının olmadığını sübuta yetirmək və beləliklə də özünü sığortalamağa cəhd edir. Ancaq məlumatlara görə, Mədəniyyət və Turizm Nazirliyində Eldar Mahmudovun tələbi ilə Akif Çovdarovun vasitəsi ilə şöbə müdiri təyin edilən şəxslərin olduğu bildirilir ki, bu gün onlar nazirlikdə kifayət qədər yüksək vəzifə tutaraq günbəgün məhz olan mədəniyətimizin və bərbad vəziyyətə düşərək rəqabət qabiliyyətini tamamilə itirən turizmin “xidmətidə” dayanırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar