Çovdarovun cinayətkar əməllərini kölgədə qoyan yeni cinayətkar dəstə peyda olmuşdur. Məlum olduğu kimi A.Çovdarovun dəstəsi sahibkarları xidməti otaqlarına dəvət edib öz tələblərini bildirmişlər, sahibkar müqavimət göstərdikdə zor tətbiq edərək onun əmlakına sahib olmuşlar. Bəzi hallarda isə sahibkar xoşluqla öz əlləri ilə əmlakını onlara vermişdir.
Xeberman saytına məlumat verən zərər çəkən vətəndaş bildirir ki, bu cinayətkar dəstə isə daha " humanist " yol seçmişdir. Beləki, sahibkarı " narahat etməmiş ", saxta yolla əldə etdikləri möhür və sənədlərlə sahibkarın xəbəri olmadan ona məxsus çox dəyərli əmlakını mənimsəmişlər.
Cinayətin əsas təşkilatçısı Ağsu rayon sakini Əhmədli Məmmədağa Əhmədağa oğludur. O, " Əmrah bank " ın problemli kreditlərin qaytarılması şöbəsinin müdiri Vəli İsmayılov, " Əmrah bank " ın Azadlıq filialının direktoru N. Hacıyeva, həmçinin, özünü bankın rəhbərlərindən biri kimi təqdim edən Orxan adlı şəxslə əlbir olaraq qanunsuz yolla saxta möhür və müxtəlif sənədlər düzəltmiş, sahibkar Ş. Abdullayevin uzun müddət Bakı şəhərində olmamasından istifadə edərək ona məxsus " Mercedes Benz G55 " markalı, dəyəri 200 min manata yaxın şəxsi avtomaşınını onun xəbəri olmadan 21.01.2015-ci il tarixində DİN Baş Yol Polis İdarəsində 23 yaşlı Hüseynov Cahangir Gülağa oğlunun adına sənədləşdirmişlər. 31.03.2015-ci il tarixində isə Əhmədli Məmmədağa avtomaşını etibarnamə ilə öz adına sənədləşdirərək satmış və cinayət yolu ilə əldə edilmiş küllü miqdar qazancı öz aralarında bölüşdürmüşlər.
Göstərilən cinayətin həyata keçirilməsi üçün " Əmrahbank " ın Azadlıq filialının direktoru N. Hacıyeva 17 dekabr 2014-cü il tarixində DİN Baş Yol Polis idarəsinə bankın möhürülə təsdiq edilmiş AB 22/697 saylı məktubla rəsmi müraciət etmiş və Ş. Abdullayev tərəfindən banka olan borcun və faizin tam ödənildiyini bildirərək avtomaşının onun adına deyil, naməlum səbəbdən Hüseynov Cahangir Gülağa oğlunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Eyni zamanda həmin tarixdə AB 22/698 saylı məktubla müraciət edərək həmin avtomaşının texniki pasportunun itirdiyi üçün C. Hüseynovun adına yeni texniki pasport verilməsini xahiş etmişdir. Həqiqətdə isə avtomaşının texniki pasportu heç vaxt itirilməyib və bu günə kimi Ş. Abdullayevdədir. V. İsmayılov bankda işləməsinə baxmayaraq özünü qoçu və reket kimi aparır. Beləki, Ş. Abdullayevin qanuni nümayəndəsi sorğu ilə banka müraciət edən zaman aidiyyati olmamasına baxmayaraq V. İsmayılov məsələyə yersiz olaraq müdaxilə etmiş, bank işçisinə yaraşmayan kobudluqla nümayəndəyə bildirmişdir ki, " yaxşı edib avtomaşını satmışıq, gedin əlinizdən gələni edin, heç kimdən çəkinmirik, əgər bilsəniz ki, bizim arxamızda dayanan ağsaqqal kimdir onda biz tərəfə yaxın gəlməyə qorxarsınız " . M. Əhmədli də tam arxayınlıqla " ağsaqqala deyərik bütün məsələni yoluna qoyar " demişdir.
Göründüyü kimi bu cinayət əməllərinin baş verməsində öz vəzifə borclarının yerinə yetirilməsinə səhlənkar yanaşaraq məsuliyyətsizliyə yol vermiş, müvafiq dövlət icra orqanlarının da böyük günahı vardır. " Əmrah bank " ın Azadlıq filialının direktoru N.Hacıyeva olmasına baxmayaraq, filialın qeyri-rəsmi rəhbəri Ülvi İldırımzadədir. " Əmrah bank " ın sahibi isə onun atası Yunis İldırımzadədir.
Ülvinin əmisi Xətai rayonunun prokroru Yusif İldırımzadədir. Cox guman ki, daim qanunların toxunulmazlığının keşiyində duran Y. İldırımzadənin bu cinayətkar dəstənin bəd əməllərindən xəbəri yoxdur. Əks halda qanunların kobud halda pozulmasına, günahsız sahibkarın hüquqlarının tapdalanmasına yol verməzdi. Sonda " Əmrah bank " da əmanətləri olan vətəndaşları xəbərdar etmək istəyirik ki, dərhal əmanətlərinin mövcudluğunu yoxlasınlar.
Bilmək olmaz, bir də gördün tamah güc gəldi və həmin dəstə tərəfindən xəbəriniz olmadan əmanətləriniz yoxa çıxdı. Həmin cinayətkar dəstə tərəfindən ABŞ-nın böyük bir şirkətinin nümayəndəliyinin əmlakı və bankda olan böyük həcmdə əmanətinin necə ələ keçirilməsi barədə məlumat verəcəyik. Mərhum gözbağlayıcı İqor Kio sağ olsaydı onlara həsəd aparard.