Eldar Mahmudovun bandası Bağırovun qrupunu necə "təmizlədi"...

28-12-2015, 16:34   
Eldar Mahmudovun bandası Bağırovun qrupunu necə "təmizlədi"...
MTN əməkdaşları Eldar Mahmudovun nazirlikdəki cinayətkar qruplaşmasının zərərsizləşdirilməsindən hələ xeyli əvvəl - 2015-ci ilin aprelində Binə aeroportunda Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarına qarşı çirkin təxribat törətmişdi.

Eldar Mahmudov bu dəfə də DSX rəisi Elçin Quliyevi hədəf almışdı. Əksər ekspertlər MTN rəhbərliyinin bu cəhdini növbəti dövlət qurumuna qarşı məkrli plan kimi qiymətləndirirdi.

MTN əməkdaşlarının gördüyü tədbirlər nəticəsində DSX-nin aeroportdakı Baş İdarəsinin rəisi, polkovnik Gündüz Bağırov, onun müavinləri Eldar Həsənov, Niyazi Cəfərov və Rəhman Ələkbərov tutduqları vəzifələrdən azad olunmuşdular.

Sərhədçilərin bütün “günahı” bundan ibarət idi ki, onlar MTN rəhbərliyinin qanunsuz malların qeyri-qanuni şəkildə ixracını həyata keçirməyə dair əsassız tələblərinə əməl etməkdən imtina edibmiş.

Lakin hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, bu işin təfərrüatları bəlli olub. Baş Prokurorluğun bu məsələyə dair başlatdığı xüsusi araşdırmalar polkovnik Gündüz Bağırovun və onun müavinlərinin bu məsələdə tamamilə günahsız olduğunu sübuta yetirib.

Qeyd edək ki, G.Bağırov və müavinləri işdə çoxsaylı qanun pozuntularına yol verməkdə ittiham olunurdular. Sərhədçilərə qarşı o vaxt qurama iş qurulmuş və araşdırılması üçün prokurorluğa göndərilmişdi. İstintaq başa çatmamış isə Bağırov və üç müavini Eldar Mahmudovun tələbi ilə işdən azad olunmuşdular.

Lakin prokurorluq işin xüsusatlarını diqqətlə araşdırandan sonra rəsmən elan edib ki, sərhədçilərin fəaliyyətində heç bir qanun pozuntusu halı aşkarlanmayıb. Haqq-ədalət yerini tapıb, şübhəli şəxslər bəraət alıb, lakin onlar əvvəlki vəzifələrinə hələ də bərpa olunmayıblar.

Məsələ burasındadır ki, həmin sərhədçilərin yerinə yetirdiyi iş MTN-in hazırda həbsdə olan yüksək rütbəli əməkdaşlarının fəaliyyəti ilə sıx bağlı olub. Prinsipial zabit olan polkovnik Bağırov Mahmudov-Çovdarov bandasının cinayətkar planlarının həyata keçməsinə hansısa məqamda mane olub. Nazirliyi cinayətkarlar yuvasına çevirən Mahmudov-Çovdarov cütlüyü isə “sözəbaxmaz sərhədçilər qrupu”nu neytrallaşdırmaq qərarı verib. Həmin sərhədçilər qanunsuz malların qaçaqmalçılığına mane olurmuş. Buna görə də MTN-in əməliyyatçıları nazirliyin keçmiş rəhbərliyinin əmri ilə polkovnik Bağırovun qrupunu hədəf seçib və onlara qarşı qısa müddətdə saxta ittihamla cinayət işi açdırıb.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar