Göygöldə müəllimlərdən 30 manat pul tuturlar

28-12-2015, 17:00   


Maaşlardan bu qədər pulun kəsilməsinin səbəbini isə bilən yoxdur

Təhsil sistemində əcaib hadisələr davam edir. Nazir Mikayıl Cabbarovun vəzifə başına keçməsindən sonra aparılan «mübarizə» daha fərqli şəkildə özünü büruzə verməkdədir.

JAM.AZ xəbər verir ki, Göygöl rayonunda dərs deyən müəllimlər də elə həmin «mübarizə»dən bəhs ediblər. Onların bildirdiyinə görə, dekabr ayının maaşlarından hər bir müəllimdən 30 manat pul tutacaqlar. Artıq təhsil şöbəsinin müdiri bununla bağlı qəti tapşırıq verib və kimsənin də etiraz etməməsini tələb edib.

Müəllimlər maaşlarından 30 manatın hansı səbəbə tutulacağı barədə bir şey bilmədiklərini deyirlər. Onlar qeyd edirlər ki, əvvəllər belə hallar nadir şəkildə baş versə də, son dönəmlər daha qabarıq şəkildə özünü göstərməyə başlayıb.

Məsələni dəqiqləşdirmək üçün Göygöl rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, onların məsələdən xəbərləri yoxdur. Şöbənin müdiri Elburus Atayevin isə işdə olmadığını vurğulayıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar