Bakıda güllələnmə hadisəsi baş verib.
Musavat.com-un məlumatına görə, qanlı hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Eurohome" tikinti materialları bazarında qeydə alınıb. Bazarda mühafizəçi işləyən 31 yaşlı Elmar Canatov iş yerində güllələnib. İlkin məlumata görə, güllə mühafizəçinin ağız boşluğuna atılıb.
Elmar Canatov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həyati təhlükəsi var.
Musavat.com