Soyadını belə naməlum səbəbdən gizlədən “ Azərenerji” ASC-nin Mətbuat xidmətinin sözçüsü Ələkbər adlı şəxs KİV haqqında Azərbaycan Respublikasının Qanununa belə məhəl qoymadı. Beləki, 5yanvar 2016-ci il tarixində onunla aparılan sorğu zamanı Ələkbər müəllim öz traqikomik cavabları ilə yadda qaldı. Qurum rəsmisinə ilk sualımiz bu cür oldu: “2007-ci ililin yanvarından Azərbaycanda enerji daşıyıcılarının, o cümlədən elektrik enerjisinin qiymətləri 3dəfə qaldırıldı, buna baxmayaraq Azərenerji-nin tabeliyində olan Elektrik stansiyalarında çalışan minlərlə sayda olan energetiklərin əmək haqqısında nə bir əsaslı dəyişiklik baş verdi, hələ üstəlik bu sektorda kütləvi ixtisar halları baş verdi, 57 yaşa çatan işçilər dərhal işdən kənarlaşdırıldı, bəzi güzəştlər ləğv edildi, 14-cü əmək haqqları naməlum səbəbdən ləğv edildi, bunu tələb edən bir qrup işçi “Şəxsi ambisiya” nəticəsində işdən sözün əsl mənasında qovuldular, zəruri işçi sayı qat-qat azalsa da əmək haqqi bu gun burada 200-250 manat təşkil edir, ancaq necə ola bilər ki el. Enerjisini sizdən hər kilovatıni 4 qəpiyə alıb 6 qəpiyə satan Azərişıq MMC, 2 qəpikdən əldə etdiyi gəlirlə ən aşağı vakansiya dərəcəli işçisinə- sayğac nəzarətçisinə 450-500 manat əmək haqqı verir, bu necə ola bilər”? Bu qurumun “yaralı yeri”-nə toxunan bu suala Ələkbər adlı sözçünün cavabı çox gülünc oldu: “ Müəllim, gəlin sizə bir loru misal çəkərək belə cavab verim sualınıza, deməli adicə kartofu Gədəbəyli əkib becərsə də bundan qazanan Bakıdakı ticarətçilərdir, aydın oldu sizə?” Bu traqikomik cavaba mənim cavabım belə oldu: Ələkbər müəllim, Azərenerjini Kənd təsərrüfatı ilə bağlamaq bu məsələdə heç cür əsası yoxdur! Kənd təsərrüfatında fermer, aqronom traktorçu çalışır, ancaq Azərenerji-də yüksək ixtisasli gərgin əməklə gecəli-gündüzlü çalışan energetik adli ali təhsilli kadrlardır, bu cavaba sizin özünüzün təəccübdoğuran hissləriniz baş qaldırmasa da, biz Media nümayəndələrində artıq bu haqlı olaraq çox təəssüf hissləri yaratdı.
Bu qurumun daha bir gülunc doğuran digər bir nüansı ortaya çıxdı. Belə ki, 57 yaşa çatmış energetiklərin işdən kənarlaşdırılması ilə bağlı, qohumluq əlaqəsi saxlanılaraq təqaüd vaxtı çatmış,lakin hələ işdə saxlanlib Azərbaycan İES MMC-nin Baş mühasibi , hal-hazırda isə dünyasını dəyişmiş Köçəri Pənahovla bağlı xatirlatmanı verdikdə Azərenerji Mətbuat rəhbəri titulunu üzərində daşıyan Ələkbər bəy bizə bildirdi ki, Köçəri müəllimlə bir az bundan qabaq danışmışam axı, ölməyib o! Qurum “sözçüsünə” bir daha onun rəhmətə getməsini bildirdikdə Ələkbər bəy Sorğu kitabçasına baxıb gördü ki, hal-hazırda Azərbaycan İES-də Baş mühasib vəzifəsində çalışan artıq dünyasını dəyişmiş Köçəri Pənahov deyil, artiq neçə ildir ki, Lətif Qarayev adlı şəxsdir. Və bununla da bir daha da hamıya da indi çox maraqlı və təəccüblü gələn o olacaq ki bu cür, yəni məlumatsız bir şəxsin sözü gedən qurumda Şöbə rəisi vəzifəsində Ələkbər müəllimi bu vəzifə postunda saxlaması Azərenerji Prezidenti Cənab Etibar Pirverdiyevi nə dərəcədə qane edir? Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq. Mövzuya qayıdacağıq!