Bu gün günorta saatlarında Bakının Müşfiqabad qəsəbəsində intihar hadisəsi baş verib. 30 yaşlı şəxs qəsəbə ərazisində yerləşən kanalizasiya sularından yığılmış gölməçədə intihar edib. Adının Anar olduğu bildirilən şəxs maşını ilə birgə gölməçəyə girib. Onun avtomobili tapılsa da, özünün axtarışları davam edir.
Hadisə günorta saat 3 radələrində baş verib. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisə yerinə gələn Anarın qohumları onun bu addımı imkansızlıqdan atdığını bildirib. Deyilənlərə görə, Anarın həyat yoldaşı xəstə olub və onun müalicəsinə pul tapa bilməyən gənc intihara yol tutub.
İlkin ehtimal kimi Anarın müəyyən miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir. Faktla bağlı hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. (Anspress)