Son vaxtlar tikinti şirkətlərinin dələduzluğu ilə bağlı tez-tez məlumatlar yayılır. Ölkəmizdə əhalinin əsəbləri ilə oynayan tikinti şirkətlərindən biri də “Yeni Yasamal”MTK-dir. Şikayətçilər lazımı instansiyalardan kömək ala bilməyincə, cumhuriyyet.az-a qəzetinə müraciət edərək, problemi ictimailəşdirmək qərarına gəliblər. Zərərçəkən vətəndaşlar problemin dəfələrlə KİV-də işıqlandırılmasına baxmayaraq, hələ də 2006-ci ildə nəğd ödənişlə aldıqları mənzillərin onlara təhvil verilmədiyini deyirlər.
Şikayətçilər ”Yeni Yasamal”MTK-nın Yasamal rayonu Şeyx Məhəmməd xiyabani küçəsi 5 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasından doqquz il yarım əvvəl pulunu ödədikləri mənzillərinə köçə bilmədiklərinə görə cumhuriyyet.az-a göndərdikləri məktubda bildirir ki, MTK-nın sədri Cahangir Alışov dəfələrlə vəd versə də, bizlər doqquz ildir ki, mənzillərimizə köçə bilmirik: “Prokurorluq deyir ki, siz nahaq yerə bizə şikayət etmişsiniz, prokurorluq etiraf edir ki, Cahangir Alışovla bacara bilmir. Bu binaya 200-dən çox ailənin 8 milyondan çox pulu gedib. Bəs bizlər kimə, haralara şikayət edək ki, dərdimizə əlac tapılsın? Bizləri narahat edən digər məsələ isə mənzillərin eyni vaxtda bir neçə nəfərə satılmasıdır. Şikayətçilərin sözlərinə görə artıq sözü gedən binanın 15 mənzili təkrar olaraq başqa adamlara satılıb. 51. 62 və 144-cü mənzillərin iki sahibi aşkarlanıb. Şirkətin sahibi bizlərdən xahiş etdi ki, səs-küy salmayaq. Deyir ki, prokurorluq məni həbs edər, bina yarımçıq qalar. 1437115958_01Ola bilsin ki, bu səbəbdən binanın tikintisi 95% tamamlansa da Cahangir Alışov binanı təhvil vermir. O, əlavə vaxt qazanaraq dələduzluq əməllərini ört-basdır etmək istəyir. Binadakı bəzi mənzillər vətəndaşlar tərəfindən təmir olunub və qapılar qoyulub. İndi isə şirkət rəhbərliyi vətəndaşların bəzilərinə mənzillərinə qapılar qoymasına imkan vermir. Bu hal bizdə əlavə şübhə və narahatçılıq yaradır. Şikayət məktubunda qeyd edilir ki, mənzil sahiblərinin haqqında şikayət etdiyi Cahangir Alışov “Yeni Yasamal”MTK-nın və “Yüksəliş C”MTK-nin təsisçisi, ”Bərpa Tikinti”MMC-nin direktoru, ”Karvan 2010”ticarət mərkəzinin və “Yeni Yasamal”MTK-nın tikinti işlərini icra edir. Şikayətçilər bu qədər vəzifələrin bir nəfərin əlində cəmləşdirməsindən şübhələnirlər ki, yəqin Cahangir Alışovun arxasında hansısa yüksək çinli məmur dayanıb. Ancaq şübhə yaradan səbəb təkcə bu deyil. Belə ki, əhali mənzillərin bir neçə nəfərə satılması ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmələrinə baxmayaraq Cahangir Alışov haqqında tədbir görən yoxdur. ”O arxalı köpək qurd basar”prinsipi ilə işinə davam etməkdədir. Onun haqqında çoxlu məhkəmə işləri var. Lakin həmişə də “Sudan quru çıxır”Bunun bir sonu olacaqmı? Şikayətçilər yazır ki, Masazır qəsəbəsində Mtn-nin keçmiş idarə rəisi olan Akif Çovdarovun istixanalarını, əslində gizli işgəncə yerlərini Cahangir Alışov tikib. İndi özünü zərərçəkmiş biznesmen kimi qələmə verir. Bu şəxs “Yüksəliş-C”MTK-da Xaləddin adlı şərikini şıxışdıraraq çıxardı və öz oğlunu Xaləddinin yerində otuzdurdu. Xaləddin binanı tikib qurtarmağa az qalmışdı ki, onu zorla işindən uzaqlaşdırdı və səlahiyyətlərini mənimsədi. Həmin gündən də binanın bəxti bağlandı, işlər dayandı. Oğlunu orada otuzdurub mənzil sahiblərindən qalan ödənişləri yığaraq öz şəxsi məsrəfləri üzrə xərcləməyə başladı”.
Məktubda qeyd edilir ki, Cahangir Alışov Akif Çovdarovla yaxın dostluq münasibətlərindən istifadə edərək, həmişə prokurorluq və məhkəmə dartışmalarından qalib ayrılıb: “Bundan başqa Cahangir Alışov Akif Çovdarovun vasitəsi ilə kiçik oğlunu Mtn-nin akademiyasına düzəltdirib. Hazırda oğlu Mtn akademiyasında tələbədir. Hazırda o, özünü Çovdarovun qurbanı hesab edir. Bu insan olduqca təhlükəlidir, insanların hissləri ilə oynamağı sevir. Bir nömrəli dələduzdur. Artıq 9-ildir ki, ”Yeni Yasamal”MTK-da yüksək mərtəbəli binanın tikintisinin başa çatmasını gözləyirik. Bu haqsızlığın bir sonu olacaqmı? Cahangir Alışovun vəkili Habil Fətəliyev deyir ki, bina tezliklə təhvil veriləcək. O, binada xırda işlərin qaldığını desə də, mənzillər hələ də sahiblərinə təhvil verilməyib. Əlaqədar qurumlardan xahiş edirik ki, bu dələduz haqqında təcili tədbir görsünlər və bizlərin hüquqlarımızın bərpası işində köməklik göstərsinlər”.