Bakıda cavan oğlan qadınları qorxuya salıb. Criminal.az-a daxil olan məlumata görə, Pərvin adlı xanım whatsApp sosial şəbəkəsində başına gələn təhlükəli anı paylaşıb. O bildirir ki, bu gün qırmızı gödəkçəli oğlan mənzillərin qapısını döyərək onlara yaxınları tərəfində gül buketi göndərildiyini deyərək qapını açmağı tələb edib. Lakin qapını açmayıb və binanın mühafizəçisini çağırıb. Həmin şəxs dərhal aşağı düşərək qaçıb. Həmin oğlan qaçarkən əlində gül yox, içərisində görünüşcə ağır olduğu təsiri bağışlayan torba olub.
Xanım iddia edir ki, həmin torbadakı onu öldürmək üçün əşya olub.
Həmin xanım insanları ehtiyatlı olmağa, tanımadıqları adama qapı açmamağa çağırır.
Həmin gül gətirən oğlan barədə başqa bir xanım ''facebook'' profilində yazır ki, qapısını əlində gü olan oğlan döyüb. Qapını açarkən qonşusu da öz iti ilə səsə çıxıb. Özünü itirən həmin şəxs qaçıb. Həmin oğlanın bir neçə gün əvvəl Bakıda dayə olan bir mənzilə soxulub. O, dayəyə xəsarət yetirərək evdən oğurluq edib.
Məsələni diqqətdə saxlayacağıq...[media=https://www.youtube.com/watch?v=nXQODJj4HoE]