Şəhərin mərkəzində əxlaqsız yuvasını kimlər qoruyur? – Çovdarov izi

13-01-2016, 10:41   
Şəhərin mərkəzində əxlaqsız yuvasını kimlər qoruyur? – Çovdarov izi
Binəqədi rayonunda əxlaqsızlıq yuvalarının mövcudluğu ciddi problem olaraq, qalmaqdadır. Azerinfo.org xəbər verir ki, belə çirkin yuvalardan biri “Clear” otelidir. Çünki “Clear” otelinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da “əxlaqsızlıq yuvası”dır. Təəssüflər olsun ki, bu günə qədər Bakının Binəqədi rayonunda yerləşən bu hotelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək mümkün deyil.

Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapır. Həmin məlumatlar isə dəfələrlə müvafiq dövlət qurumlarına təqdim edilsə də, nəticə olmayıb.

Dövlət orqanlarının məmurlarının əxlaqsızlıq yuvalarının sahibləri ilə işbirliyi ölkədə əməlli-başlı özbaşınalığa, insanların əşya kimi satılmasına gətirib çıxarmışdır. Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir. Bundan əlbəttə bütün hüquq mühafizə orqanları xəbərdardır. Lakin, heç bir iş görülmür.

Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək, əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq.

“Clear” otelinin rəhbərliyi isə bu kimi tələbatların qarşılanması məqsədilə müştərilərinə tam servis paketi təklif edir.

Belə ki, qiymət baxımından müştəri ilə razılığa gəlindikdən sonra məhz otelin xüsusi ayrılmış əməkdaşı sonrakı prosesləri təmin edir. Məxsusi olaraq bu işlər üçün ayrılmış şəxs əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Sonra isə “KİA” markalı avtomobillə gedərək həmin qadınları “Clear”a gətirir. Bu zaman müştəridən bilavasitə otaq üçün alınan pullar birbaşa otelin rəhbərliyinə çatır. Yəni bu pul üzərində bölgü yoxdur. Amma intim xidməti göstərən qadınlara verilən pullardan isə, artıq həm rəhbərlik, həm də vasitəçi öz faizlərini alırlar.

Həmçinin məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir.

Onu da qeyd edək ki, bu hotelin əslində MTN cəlladı Akif Çovdarova bağlı olduğu və bəzi vəzifəli şəxslərin burada gizli çəkilişlərlə şantaj olunduğu bildirilir. Qeyd olunur ki, Akif Çovdarov içəridə olsa da, adamları hələ də bu otelin xidmətlərindən yararlanırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar