Qazaxda cavan oğlan qatil- həkimin qurbanı oldu VİDEO

14-01-2016, 12:38   
Qazaxda cavan oğlan qatil- həkimin qurbanı oldu VİDEO

Teref.infonun elektron poçtuna Qazaxda həkim səhfinin qurbanı olan daha bir vətəndaşımız haqqında şikayət daxil olub.
Qatil - həkimlər pulunu alsalarda yenədə xəstəyə başdansovdu baxıblar və nəticəsində xəstə ölüb.
Hadisə haqqında mərhumun anası Əcəb Əhmədova məlumat verib.
08.01.2016-cı il tarixində oğlum Zaur Əhmədov qolundakı sınıqla əlaqədar Qazax rayonundakı Diaqnostika mərkəzinə müraciət edib. Oranın cərrahı Fəxrəddin əməliyyat olunacağını, 6 günə tam sağalacağına bizi inandırıb. Bu əməliyyata görə bizdən 1000 manat pul istəyb. Oğlum müayinə edilərkən , əməliyyat üçün tam sağlam olduğunu bildiriblər. Əməliyyat zamanı Zaur Əhmədov narkoz verməli olan Aynurə Vəliyeva tərəfindən öldürülüb. Nə cərrah Fəxrəddin, nə digər həkimlər tərəfindən oğluma heç bir tibbi yardım göstərilməyib. Bu ölümün, qətlin adını "bilərəkdən, bilməyərəkdən, səhlənkarlıq, məsuliyyətsizlik"...daha nələr , nələr istəsələr qoya bilərlər. Lakin, yox... Həkim işləyə bilmyənlər, başqa sahədə çalışmalıdırlar. . Arxalı "həkimcik" artıq neçə xəstənin əzrayılına çecrilmiş cəlladdır. Hansı səbəbdən bu vampir indiyə kimi Diaqnostika mərkəzinin baş həkimi Kamandarın rəhbərliyi altında hələ də işləyir və məsuliyyətə cəlb olunub, cəza çəkmir, bilmirəm. Bu Diaqnostika mərkəzində baş verən ölüm hadisələrindən biridir. Mən oğlumun qatillərinə ölüm istəyirəm, ən ağır şəkildə cazalandırılmalarını tələb edirəm.
Zaur tam sağlam bir gənc idi, yalnız qolunda sınıq olduğu səbəbindən əməliyyat olunmalı idi. Bu həkim səhlənkarlığı deyil.! Bu qətl hadisəsidir. Həkimliyi bacarmayan gedib təzək yapsın. Kim bu təzəkçiyə haqq verib ki, iki azyaşlı övladı olan, həyatdan doymayan bir alicənab insanı, ləyaqətli gənci həyatdan məhrum etsin.! Ölümə ölüm olmalıdır.!!! Bu həkimə ölüm hökmü verilməlidir, başqalarına görk olsun, belələrinin qanı halaldır.! "Atam hanı?-deyib gözü yolda qalan körpələrin ahı tutsun səni, qatil həkim.
Əgər dövlətin əsas kapitalı insan hesab olunursa, bu insani münasibət deyil. - Xamım Əhmədzadə.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar