"Bank of Baku" qadını intihara mәcbur etdi

16-01-2016, 11:22   
"Bank of Baku" qadını intihara mәcbur etdi


Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, hadisə Xırdalan şəhərinin "Quşçuluq massivi"ndə qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsgərova Əsmər Həsən qızı intihar məqsədilə xeyli miqdarda dərman həbi içib, daha sonra isə bıçaqla özünə xəsarətlər yetirib. 31 yaşlı qadın ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə barədə polisə xəbər verilib, araşdırmalara başlanılıb.

İlkin məlumata görə, Əsmər Əsgərova iri banklardan birinə - "Bank of Baku"ya borcludur. Bank əməkdaşları ondan borcunu ödəməyi tələb ediblər. Buna imkanı olmayan qadın intihara cəhd edib.

Mövzuya qayıdacağıq.


Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.