Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, yanvarın 9-da Binəqədi rayon, 6-cı mikrorayon sakini 1953-cü il təvəllüdlü Mustafayev İsmayıl Yusif oğlu sirkə turşusu içərək özünü zəhərləyib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən 63 yaşlı kişi bir neçə gün müalicə olunsa da, onun səhhətində müsbət irəliləyiş olmayıb və o vəfat edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, ara.dırma aparılır.