Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)
***
Bu gecə Ağdaş rayonunda intihar hadisəsi baş verib.
1986-cı il təvəllüdlü iki uşaq atası Ağdaş rayon sakini Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asıb.
Ağdaş rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Deyilənə görə, intihara səbəb işsizlik və banklara olan külli miqdarda borc olub.
(virtualaz)