Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayeva yaşadığı evdə qətlə yetirilib.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, artıq hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.