Azərbaycanda daha bir nəfər borca görə özünü asdı

26-01-2016, 15:11   
Azərbaycanda daha bir nəfər borca görə özünü asdı
Ağcabədidə intihar hadisəsi baş verib. Hadisə ötən gün rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Ans press-in verdiyi məlumata görə, 237 saylı evdə yaşayan rayon sakini Zeynal Namazov özünü asıb. 40 yaşlı Zeynal Namazov Səlim oğlunun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Qonşuların sözlərinə görə, Zeynal Namazov borcu olduğuna görə həyatına qəsd edib. Onun üç övladı var.

Hazırda faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.