Bakıda intihara cəhd olub.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Milli Məclisin qarşısında qeydə alınıb. 40-45 yaşlarında naməlum kişi üzərinə yanacaq məhlulu tökərək özünü yandırmaq istəyib. Ərazidə olan polis əməkdaşları dərhal müdaxilə edərək intihara cəhdin qarşısı alıblar.
Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda onun 9-cu Polis Bölməsində ifadəsi alınır.
İntihara cəhd edən şəxsin kimliyi hələlik açıqlanmır./bastainfo.com/