Bakıda polis qəza törətdi, hadisə yerindən qaçdı

7-02-2016, 10:13   
Bakıda polis qəza törətdi, hadisə yerindən qaçdı
Avtomobil “Hyundai” və “KamAZ” markalı maşınlara çırpılıb.

Polis əməkdaşı Bakıda Nobel prospektində, Azərbaycan Futbol Federasiyası Asossiasiyasının inzibati binasının yaxınlığında dəhşətli qəza törədib.

Bu barədə jurnalist Günay Novruzqızı məlumat verib.

O, “Passat” markalı avtomobilin sürətlə gəldiyini və nəticədə “Kamaz”ın altına girdiyini bildirib: “Bir az əvvəl çox böyük qəzadan Allah məni və anamı qorudu. Yolda “Şumaxerlik” edən bu avtombilin sahibini də… Yüksək sürətlə “Kamaz”ın altına girən maşın fırlanıb mənim qarşıma çıxdı. Xoşbəxtlikdən mən öncədən bu avtomobilin manevrlərini güzgüdən gördüm və sürətimi azaltdım. Yüngül zədə ilə qəzanı atlatdım. Qəzanı törədən şəxs polis geyimində idi. Başı qanamışdı. Tez hadisə yerindən apardılar. Biz hələ də burdayıq”.

***

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Belə ki, “Passat” markalı avtomobil əvvəlcə “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra “KamAZ” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində “Passat”ın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra “Passat”ın dövlət nömrə nişanı çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.