16 yaşlı gənc babası tərəfindən amansızlıqla qətlə yetirilib.
Ağdamrayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.
R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.
***
Binəqədi rayonunda 2000-ci il təvəllüdlü Bayramov Tural Mübariz oğlu qətlə yetirilib.
T.Bayramovun ölümündə babası Rafiq Bayramov şübhəli bilinib və saxlanılıb. Hazırda Tibbi Ekspertiza qrupu meyitə baxış keçirir.
T. Bayramovun amansızlıqla qətlə yetirildiyi, qulağının, burnunun, dodağının və cinsiyyət orqanının kəsildiyi deyilir. Hazırda təqsirləndirilən şəxs Ağdam rayon Polis Şöbəsində Binəqədi rayon Prokurorluğunun əməkdaşları tərəfindən dindirilir.