Generalın qohumu ilə bağlı daha bir qalmaqal

16-02-2016, 10:11   


General qohumuVəkil DİN-nin açıqlamasını təkzib edir; fotolardakı İsa Əzizov deyilsə, bəs kimdir?

“Son vaxtlar KIV-də və internet saytlarında Isa Əzizovun inzibati həbs olunanların saxlanma məntəqəsində guya təmizlik işləri aparması barədə yayılan görüntülərdəki şəxs Isa Əzizov deyil”.

Bunu APA-ya açıqlamasında Isa Əzizovun vəkili Gülşən Salmanov deyib. G.Salmanova qeyd edib ki, həmin məntəqədə saxlanılan şəxslərin fotoşəkillərinin görüntüdəki kimi çəkilməsi mümkün deyil: “Həmin fotoşəkilin Isa Əzizova qətiyyən adiyyatı yoxdur. Bu məlumatlar hansısa şəxslərin maraqları ucbatından qərəzli şəkildə yayılır. Bu cür informasiyaların kim tərəfindən və hansı məqsədlə yayılmasının səbələri bizə məlum deyil. Hazırda Isa Əzizov məhkəmənin qərarına əsasən ona təyin olunmuş 30 sutka inzibati həbs cəzasını çəkir. Onun saxlanma şəraiti normaldır və hər hansı təzyiq olunması barədə heç bir şikayəti yoxdur”.


Qeyd edək ki, bir müddət əvvəl Bakıda yanacaqdoldurma məntəqəsində mühafizəçini döydüyü üçün inzibati qaydada cəzalandırılan Isa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparması haqqında bir sıra KIV-də məlumat və foto yayılıb.

Daxili Işlər Nazirliyi isə Isa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparmasının onun hüquqlarının pozulduğu və aşağılandığı haqqında bir sıra yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, yayılan məlumatların heç bir hüquqi əsası yoxdur: “Belə ki, ”Inzibati həbs olunanların saxlanılma məntəqələri haqqında” təlimata və həmin məntəqələrin daxili intizam qaydalarına uyğun olaraq məntəqədə saxlanılan şəxslərin əsas vəzifələrindən biri də sanitariya-gigiyena qaydalarına riayət etmək və təmizlik işləri aparmaqdır”.

Göründüyü kimi DIN fotolardakı şəxsin Isa Əzizovun olmadığını bildirməyib.

Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis Idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir Isgəndərov və Isa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman Isayevin sədrliyi ilə keçirilən prosesdə I. Əzizov və M. Isgəndərov barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.