Bakıda mənzildən böyük məbləğdə pul oğurlanıb.
"Report" bildirir ki, hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, Rəşid Behbudov küçəsi ev 142-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Bəhman Niyazi oğlu Səmədovun evində olan 190 min ABŞ dollarının 150 min dolları naməlum şəraitdə oğurlanıb. Oğru (və ya oğrular) mənzildəki 40 min dolları saxlayaraq gedib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində araşdırma aparılır.