Hadisə fevralın 22-də saat 18-00 radələrində Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 23 ünvanının qarşısında baş verib. Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Bəkirov Eldar Akif oğlu sərxoş vəziyyətində üstünə benzin tökərək özünü yandırıb. Vətəndaş ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib. Həmçinin qeyd edilir ki, o, spirtli içki aludəçisidir.
Faktla bağlı araşdırma aparılır.(lent.az)