Bu gün Bakıda 30-35 yaşlı şəxsin özünü çoxmərtəbəli binadan atması faktı ilə bağlı cinayət işi açılıb. Lent.az xəbər verir ki, faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Ölən şəxsin kimliyini müəyyənləşdirmək hələ ki, mümkün olmayıb. Lakin artıq müəyyən edilib ki, həmin şəxs X.Məmmədov 73 ünvanında yerləşən və "Şərur MTK" MMC-yə məxsus olan 18 mərtəbəli binanın damından özünü atıb. İstintaqçılar ölən şəxsin idman formasında olmasını əsas gətirərək, onun binaların damlarında müxtəlif idman tryukları edən gənclərdən biri olması və ölümün bədbəxt hadisə nəticəsində baş vermə ehtimalını da araşdırırlar.
*****
11:15
Bakıda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında qeydə alınıb. 35-40 yaşlarında naməlum kişi həmin ünvanda yerləşən 17 mərtəbəli binadan özünü ataraq öldürüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Özünü binadan atan şəxsin həmin ünvanda yaşamadığı bildirilsə də, üzərində sənəd olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Onu tanıyanlardan (050) 286-01-46, (077) 271-16-17 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.