Hadisə gecə yarısı baş verib. Rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Mustafayev Vüsal Eyvaz oğlu bədənin çoxsaylı bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Üzərində cərrahiyə əməliyyatı aparılan Vüsal reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Vüsalın Qullar kənd sakini 19 yaşlı Xədicə Nəsib qızı Qarayeva tərəfindən bıçaqlanması məlum olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində adıçəkilən şəxs şübhəli şəxs qismində saxlanılıb. O, ilkin dindirilmə zamanı hadisəni törətdiyini etiraf edib. Məlum olub ki, Vüsal gecə saatlarında Xədicənin yaşadığı evə soxulub və qadının atası Nəsib Qarayevlə mübahisə edib. Bunu görən Xədicə atasına kömək etmək məqsədi ilə Vüsalı bıçaqlayıb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. (Region TV)