Dubay — Rostov təyyarəsi qəzaya uğradı: 61 ölü

19-03-2016, 10:12   
Dubay — Rostov təyyarəsi qəzaya uğradı: 61 ölü

Son məlumatlara görə, qəzaya uğramış Boeing təyyarəsi 2 saat 10 dəqiqə ərzində Rostovda eniş etməyə çalışıb.

Virtualaz.org «Rusiya xəbərlər xidməti»nə istinadən bildirir ki, yerli vaxtla 19:35-də Dubaydan havaya qalxmış layner 2 saat 56 dəqiqə sonra — Moskva vaxtı ilə 23:41-də Rostovda ilk eniş cəhdi edib. Lakin küləyin sürəti saniyədə 22 metrə çatdığından, eniş alınmayıb və təyyarə havada gözləmə zonasına yollanıb. Düz 2 saat 10 dəqiqə hava gəmisi Rostov üzərində dövr edərək enməyə uyğun şəraiti gözləyib.

Bakı vaxtı ilə saat 02:40-da təyyarə daha bir eniş cəhdi edib və yerə 450 metr məsafəyə qədər yaxınlaşıb, lakin yenidən heç bir şey alınmayıb və təyyarə gözləmə zonasına göndərilib. Layner 1200 metr yüksəkliyə qalxandan sonra qəfildən yüksəkliyi itirməyə başlayıb və hava limanının yaxınlığında yerə çırpılıb.

Təyyarənin ekipajının hansı səbəb üzündən başqa şəhərdə eniş etməməsi, yaxud yenidən Dubaya dönməməsi məlum deyil.

Xatırladaq ki. Qəza nəticəsində 61 nəfər — 55 sərnişin və 6 ekipaj üzvü həlak olub. Sərnişinlərin əksəriyyətinin Rusiya vətəndaşı olduğu bildirilir.




* * * 08:00

Bu gün səhərə yaxın, Bakı vaxtı ilə saat 04:50-də Rusiyanın Rostov şəhərinin hava limanında, uçuş-enmə zolağının 50-100 metrliyində FlyDubai aviaşirkətinə məxsus Boeing təyyarəsi qəzaya uğrayıb.

Virtualaz.org RİA Novosti agentliyinə istinadən xəbər verir ki, təyyarədə olan 55 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub.

Bildirildiyinə görə, pis hava şəraiti üzündən təyyarənin ekipajı ikinci dövrəyə getmək və təkrar eniş etmək qərarı verib, lakin ikinci dövrəyə qalxan zaman laynerin quyruğu yerə dəyib və təyyarə partlayıb.

Hadisə yerində 100-dən çox xilasedici çalışır.[media=https://www.youtube.com/watch?v=sxfqyGAI760]


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.